Uçuşa hazırlaşan təyyarənin qanadına dırmaşdı - VİDEO

Baxış sayı:
1692

ABŞ-ın McKarran Beynəlxalq Hava Limanına icazəsiz girən şəxs uçuşa hazırlaşan ticarət təyyarəsinin qanadına dırmaşıb.

Bununla bağlı “Sözcü” məlumat yayıb.

ABŞ-ın Nevada əyalətində yerləşən hava limanında aerodroma icazəsiz girən kişi Alyaska Hava Yollarına aid təyyarənin qanadına çıxıb.

O, dırmaşmasını asanlaşdırmaq üçün ayaqqabılarını soyunub. Onu aşağı düşməyə səsləyənlərə məhəl qoymayan kişi iki şəxsin arxadan gəldiyini görərək təlaşlanıb və yerə düşüb. O, nəzarətə götürülüb.

Kişinin təyyarənin qanadına dırmaşmasını əks etdirən görüntülər isə təyyarənin sərnişinləri tərəfindən lentə alınıb.