"WikiLeaks" Suriyada kimyəvi silahdan istifadəyə dair sənədlərin "yalan" olduğunu açıqladı

Baxış sayı:
20869

"inosmi.ru"
Bu gün "WikiLeaks" portalı Suriyadakı fakt araşdırma missiyasında iştirakçılardan birinin Kimyəvi Silahların Qadağan Edilməsi Təşkilatına (KSQET) göndərdiyi bir e-mail dərc etdi. Məktub müəllifi, hesabatı hazırlayanlardan biri kimi redaktə edilmiş məruzədə qəsdən və qərəzli qiymətləndirmələrin olması ilə bağlı dərin narahatlığını bildirir.

Kimyəvi Silahların Qadağan Edilməsi Təşkilatı 7 aprel 2018-ci il tarixində Duma şəhərində baş verdiyi iddia edilən kimyəvi hücum iddialarını araşdırmaq üçün mütəxəssislər qrupu göndərdi. Bu e-poçtun müəllifi komanda üzvlərindən biri idi və iddia edir ki, hesabatın redaktə edilmiş versiyası özünün və həmkarlarının hadisə yerində tapdığı faktları əks etdirmir. Bu e-mail mesajı 22 iyun tarixinə aiddir. Bu, KSQET kabinetinin rəhbəri Robert Fairweather-ə ünvanlandı və sonra müavini Aamir Shouketə və Dumada işləyən araşdırma missiyasının üzvlərinə yönləndirildi.
Elektron mesaj müəllifinin sözlərinə görə, müəyyən faktları qəsdən silməklə təhrif edilmiş və dəyişdirilmiş məlumatları məruzəyə daxil etməklə yaradılmışdır ki, bu da hesabatın etibarlılığına xələl gətirir. Bundan əlavə, məktubda deyilir ki, redaktə edilmiş versiyada qalan əsas faktlar "hesabatın orijinal mətnindən tamamilə fərqli bir şeyə çevrildi".
Məlumata görə, bu, ofisin baş direktorunun göstərişi ilə edildi. O dövrdə bu postu türk diplomatı Əhməd Üzümcü tutmuşdu, lakin sonra ispaniyalı Fernando Arias onun yerinə gəldi.
Bir çoxu kimyəvi silahlı hücumu Suriya ordusunun “ayağına yazdılar” və belə nəticələrə əsas verən isə ABŞ-ın, eləcə də İngiltərə və Fransa hökumətlərinin dəstəklədiyi qüvvələrin nümayəndələrinin hesabatları idi. Buna cavab olaraq bu üç ölkə 14 aprel 2018-ci il tarixində Suriya hökumətinin hədəflərinə qarşı hava hücumu etdi. Bu, faktı aşkarlayan missiya üzvləri Dumadakı kimyəvi hücumun olduğu ərazilərə girməmişdən əvvəl baş verdi və demək olar ki, iki həftəlik gecikmənin səbəbi döyüşən qüvvələrin aktivləşməsi və əraziyə girən döyüşçü qruplarla hökumət qüvvələri arasındakı qarşıdurmalar oldu.
Hadisə yerində olarkən komanda üzvləri ortaya çıxardılar ki, ölülərin cəsədləri də daxil olmaqla bir çox fiziki sübut yox edilib. O gün ssilahlıların nəzarətində olan bölgədə hərbi silaha çevrilən kimyəvi qazın təsiriylə 49 adamın öldüyü və 650 nəfərin ağır yaralandığı təxmin edildi. İddia edildi ki, qaz təyyarələrdən atılan silindrlərdən ətrafa yayılıb, bu da hava sahəsinə sahib Suriya hökumət qüvvələrinin bu işə qarışmış olduğunu açıq göstərirdi.
Hesabatın redaktə edilmiş versiyası bu nöqteyi-nəzərdən dəstək verir, lakin yayımlanan elektron poçtun müəllifi "xüsusilə narahatedici" hesab etdiyi bəzi məqamlara diqqət çəkir.
Əvvəla, düzəliş edilmiş mətndə bir açıqlama var. Mətndə deyilir ki, "Xlor və ya digər reaktiv xlor tərkibli kimyəvi elementlərin" mövcudluğunu müəyyənləşdirmək üçün kifayət qədər dəlil var.
Yayımlanan e-maildə qeyd olunur ki, “reaktiv xlor atomunu ehtiva edən bir və ya bir neçə kimyəvi maddədən söhbət gedir. Bu növ kimyəvi maddələrə məişətdə istifadə olunan əsas komponentlər və tərkibində xlor olan ağartıcı aid edilə bilər. Bilərəkdən xlor qazını seçmək qəsdən və qeyri-səmimidir”.
Redaktə edilmiş orijinal variantda bu qazın Duma şəhərində tapılmış silindrlərdən gələ biləcəyi ilə əlaqəli kontekst yoxdur. Birinci mətndə bu iddialar üçün kifayət qədər sübutun olmaması bilərəkdən vurğulanıb. "Bu hesabatın orijinal mətninə tam əksdir», müəlliflərdən biri qeyd edib.
Dünyadakı televiziya kanallarında nümayiş olunan sübutlardan biri, Dumadakı hücum qurbanlarının meydana çıxdığı və kömək edən həkimlərin olduğu bir video idi. Ancaq orada göstərilən simptomlar şahidlərin həmin günə dair ifadələrinə uyğun gəlmir.

"Bu fraqmentin çıxarılması ( Epidemiologiya bölməsi) bütün məruzə üçün ciddi mənfi nəticələrə səbəb olur, çünki orada kimyəvi zəhər təhqiq olunur.
Digər mübahisəli məsələ - zəhərli maddə daşıyan silindrlərin yeri və vəziyyətidir. Bu silindrlərin vəziyyətini nəzərə alaraq onların havadan atıldığının ağlabatan olmadığı iddia edildi. Bu məsələ dərc üçün nəzərdə tutulmayan texniki hesabatda müzakirə edildi, sonra isə 2019-cu ilin oktyabrında "WikiLeaks"-in əliinə keçdi.
KSQET üzv-dövlətlərin bütün üzvlərinin qatıldığı illik konfrans Haaqada 25 noyabrda işinə başladı.
Hazırladı: Şükürova Ülviyyə
Muxalifet.az