XOŞBƏXTLİYİN VƏ SAĞLAM YAŞAMIN SİRRİ – Və yaxud insanda “xoşbəxtlik həzzi” olan serotonin necə yaranır?

Baxış sayı:
307

Psxoloq Solmaz Məmmədova: “Dinimiz də deyir, günəşlə yat, günəşlə oyan; axşam vaxtında yatıb, səhər saat 5-də duran insan özünü daha xoşbəxt hissi edir”
“Hormonlarla yetişmiş meyvə-tərəvəzi yeyən insanın xoşbəxtlik hormonları “bayram edə bilməz””

Bir sıra asılılar söhbət əsnasında bildirirlər ki, narkotikə və digər uyuşdurucu vasitələrə “həzz almaq” üçün yönəliblər. Bəziləri deyir ki, xoşbəxt olmağa çalışarkən narkotikə rast gəliblər və bu maddəni “xoşbəxtlik və həzz almaq” üçün istifadə ediblər...
Tibb sahəsindən də bildiyimz kimi, insanın özünü xoşbəxt hiss etməsində iki əsas hormon rol oynayır – serotonin və dopamin. Bəs insanı həyatından qane olmağa kömək edən serotonin və dopaminin qaynağı nədir? Serotonin həzm sistemi və bağırsaqlarla əlaqəlidirmi? Əlaqəlidirsə, bu, hansı şəkildədir? İnsanın psixoloji-mənəvi baxımdan serotonin-dopamin hormonunun yaranması, dolayısı ilə bunun asılılıqların tətiklənməsində rolu necə baş verir? Suallar çoxdur. Gəlin, məsələyə çoxtərəfli prizmadan baxaq.
Öncə onu qeyd edək ki, mienterik pleksus mədə-bağırsaq traktının bütün uzunluğu boyunca uzanan əlaqəli neyronlar zənciri ilə formalaşır. Bağırsağın hamar əzələsinin uzununa və dairəvi təbəqələri arasında yerləşdiyindən, əsasən bağırsaq boyunca baş verən motor fəaliyyətinə nəzarət edir.
Enteroxromaffin hüceyrələr (ECC) bağırsaqda enteroendokrin hüceyrələr qrupudur və orqanizmdə serotoninin təxminən 90%-ni yaratmaqdan məsuldur. Bunlar elektriklə həyəcanlanan hüceyrələrdir və ümumiyyətlə neyronlarda olan siqnal ötürülməsi üçün xüsusi reseptorları ifadə edirlər.
Serotonin qaynağına dair daha bir nüans odur ki, bu, triptofan olan amin turşularından yaranır və triptofan orqanizmdə öz-özünə əmələ gəlmir, sadəcə yediyimiz yeməklərdən asılı olur. Yəni orqanizm bəzi amin turşularını yetərli miqdarda almayanda serotonin azalmağa başlayır.
Bəzi alimlər bildirir ki, seratonin insanın ruh halını düzənləyir, beyində əmələ gəlir. Bəzilər isə deyir ki, serotonin fiziki olaraq bağırsaqda yaranır. Deyilənə görə, serotonin sümük sağlığında da rol oynayır. Həm də əksikliyi diqqət azlığına səbəb olur. Digərlərinə görə isə, qidalanma əmələ gəlməsi üçün qənaətbəxş olsa belə, həaytında aldığı psixoloji-mənəvi əskikliklər, sarsıntılar səbəbindən seratonin ifraz olunması əngəllənir, insan özünü xoşbəxt hiss edə bilmir, bu üzdən xoşbəxtlik hissini qısamüddətli həzzlərlə təmin etməyə başlayır. Bu anda dövrəyə dopamin hormonu girir. Əslində, bu iki hormon qarşılıqlı əlaqədədir, yəni bir-birini dəstəkləyir.
Sadalanan səbəblərdən xoşbəxtlik tapa bilməmək insanı anlıq həzzlərə yönəlməyə şərtləndirir ki, bu da onun yolunu narkotik, alkoqol, qumarla kəsişdirir. Bəs, insanın bu cür zərərli vərdişlərə yönəlməməsiz üçün çıxış yolu varmı? Bu və digər suallara cavab tapmaq üçün psxoloq, Neyro koç, NLP master, İmgeterapi uygulamacısı Solmaz Məmmədova ilə söhbətləşdik.
- Solmaz xanım, ilk olaraq bilmək istərdik ki, insana həzz hissia yaşadan serotanin nədir və necə yaranır?
- Seratonin 95 faiz bağırsaqlarla əlaqədardır. Amma psixosomatika deyilən bir şey də var. Əgər psixoloji sorunlarımız, neqativ duyğularımız varsa, onları ata bilməmişiksə, eləcə də içimizdə kin, buraxa bilmədiyimiz küskünüklərimiz, hikkəmiz, incikliklərimiz, keçmişdə hesablaşmadığımız nə qədər neqativ, yaxud sevgidən asılılıq varsa, bir sevgilini buraxa bilmirsənsə, o cümlədən ata 10 ildir vəfat edib, amma şəkli hələ də divardadırsa (neçə il əvvəl atası vəfat edəb insanlar var ki, onlar hələ də bu günü paylaşıb qeyd edirlər), bu müddətə rəğmən bu hissi buraxmaq istəmirsənsə, bu duyğu bağırsaqlara yığılır, qəbzlik əmələ gəlir. Qəbzliyi olan insanda heç vaxt serotonin, melatonin, dopamin hormonu ola bilməz. Biz fizioloji olaraq hormonların düzülüşünə nəzər salsaq, bədənimizdə gecə qaranlıqda yaranan melatonin hormonu yaranır. Amma onun yaranması üçün də leptin deyilən hormon ortaya çıxır. Yeməyi gördüyümüz an beynimizə əmr gəlir, insulin hormonu ifraz olunmağa başlayır. İnsulin hormonu yediyimiz yeməyi hüceyrələrimizə daşıyır.
Məsələn, komaya düşən insanlar ac qaldığı üçün komaya düşmür. Onlar hüceyrələri bəsləmədiyi üçün komaya düşür, çünki insulin bitir. Mədəaltı vəz insulin ifraz emədiyi üçün onu kənardan alırıq. Çünki “tez-tez az-az ye” deyə yanlış yönləndirilirik. İnsulin 2 saat yarım qanımızda dövr edir, sonra azalmağa başlayır. Yəni insulinin vəzifəsi yediyimizi qanımıza daşımaqdır. Bir saatdan sonra qlükoqan hormonu ortaya çıxır. Qlükoqan qanı gəzir, orada olan qanı depolayır, qara ciyərmizə atır. 2 saat yarımdan sonra ortaya leptin hormonu çıxır, ona gəminin kapitanı da deyirlər. Leptin uşaqlarda böyüməni, böyüklərdə hüceyrələrin yenilənməsini, gəncləşməni, arıqlamanı təmin edir. Amma yeməkdən sonra arada nəsə yeməli deyilsən. Əgər yemək yedikdən sonra 3 saat ərzində ac qalsan, leptin gedib qaraciyərdəki yağı enerjiyə çevirir və yenilənməyə sərf edir. Bu hormon insan yuxuda olanda ifraz olnur.
Leptin öz işini görəndən sonra melatonin ortaya çıxır. Melatonin insanı xoşbəxt edir. Gecə saat 11-dən 2-yə qədər leptin dövriyyədə olur, 2-dən 5-ə qədər melatonin işləyir. Saat 5-dən sonra, havanın işıqlanmasıyla, böyrəküstü vəz kortizol hormonunu işə salır. Günəşin çıxmasıyla kortizol insanı oyadır. Bir insan gecə saat 3-də yemək yeyib, saat 5-də yatıbsa, onun vücudunda melatonin yox, kortizol hökm sürür. O insanda heç vaxt serotonin ifraz oluna bilməz. Kortizol hormonu o adamı gərginləşdirir. Gecə yatmayıb, səhər yatan insan əzgin olur.
Əgər insanın seratonin-dopamin nizamını qidalanma ilə bağlayırıqsa, bunu nəzərə almalıyıq. Ona görə, oruc tutanda əvvəldə gərginik yaşanırsa da, sonra yuxu və qidalanma sistemi nizama girir. Biz yemək yeyərkən qarşımıza qoyduğumuz hər yeməyi emosiyalarımızla bərabər yeyirik. Biz yeyməyi yeyəndə yadımıza orta məktəbdə bizi döyən müəllim düşürsə və o müəllimi qəzəblə xatırlayırıqsa, həmin yeməyi qəzəb hissi ilə bir yerdə yeyirik ki, bu zaman da o qəzəb hissi də, qəzəb enerjisi də orqanizmin harasında isə depolanır. Yemək yeyəndə təkcə yemək yemirik, o yeməyə yüklədiyimiz duyğuları da yeyirik. Suyun mesajını qeydə alan yapon alimi təcrübəsində televizorun qarşısında bir qrafin su qoyur, həmin qrafinin qarşısında bir qrafin də su qoyur. Amma ikinci qrafin televizoru yox, 1-ci qrafini görür. Televizorda döyüş filmi qoyurlar, suyun tərkibini yoxlayırlar, görürlər ki, televizorun qarşısındakı su nə qədər təsirə məruz qalırsa, digər qrafindəki su da eyni dərəcədə təsirə məruz qalır. Ona görə, deyirlər, nə yeyirsənsə osan. Ona görə, melatonini qaydasına salan insan yuxudan xoşbəxt, gümrah oyanır.
- Belə aydın olur ki, sağlamlıq üçün mütləq 8 saat yatmaq deyil, vaxtında yatıb, vaxtında qalxmaq vacibdir...
- Bəli. Dinimiz də deyir, günəşlə yat, günəşlə oyan. Gecə namazından sonra yatmağın vaxtıdır, çünki hormonlar sırayla öz vəzifələrini yerinə yetirsinlər. Mən buna hormonların paradı deyirəm. Axşam vaxtında yatıb, səhər saat 5-də duran insan özünü daha xoşbəxt hissi edir, nəinki o vaxta kimi qarşısında çips televiziya izləyən insan. Bu düzənsizliyin ardınca bütün günü aqressiv keçir. Niyə “Ana xəbər” bülletenini axşam vaxtına salırlar - insanları qayığlansınlar, dərdli olsunlar, narahat olsunlar. Pandemiyada insanlar şənbə-bazar günü çölə çıxa bilmyəcəkləri qorxusu ilə o qədər çörək alırdılar, iki günə də o çörəkləri yeyə bilmirdilər, zibilliyə atırdılar. Bizim qorxu instinktimizdən çox gözəl istifadə edirlər. Axşamlar ən ağır xəbərləri verirlər. İnsanlar işə gedəndə zireh geynimiş kimi mənəvi qorunurlar, mənəvi-psixoloji qorunma paltarı geyinirlər. Evdə isə rahatlayırlar, zirehi çıxarırlar. Evdə insan o zirehi çıxarıb atır, rahat olur, çünki evdə güvəndədir. Atılan zərərli informasiya daha rahat insanın şüurlatına girir. İnsan yeməkdən sonra yuxulayanda şüuraltının qapısı açılır, teta dalğaları işə düşür. Bu vaxt da axşam xəbərlərinin gərginliyi ilə yatan adam səhər xoşbəxt oyana bilmir.
Yəqin insanların sosial mediadan, alkoqollu içkidən, qumardan asılılığından yararlananlar var. Mən sosial medianın mənə nələr etdiyini görəndən sonra ondan uzaqlaşmağa başladım.
O ki qaldı serotonin, oksitosin, melatonin, dopaminlə asılılığın əlaqəsinə, bunlar hamısı bir-birinə bağlı olan şeylərdir. Bu hormonların ifraz olunmasının bizim qidalanmamızla əlaqəsi var. Seratoninin bağırsaqlarda ifraz olunmasının bizim yeməyimizlə əlaqəsi var. Əgər gecə saat 3-də yemək yemisənsə, bir yeməyi həzm etməmiş digərini yeyirsənsə, insulin dəngəsini pozursansa, beləliklə, hormonların ifraz olunma sistemini pozursan. Bu halda xoşbəxt ola bilməzsən.
Məsələn, çox şirniyyat yeyirsənsə, göbələkdən tutmuş bütün zərərli bakteriyalar şirə ilə orqanizmə daxil olur. Xərçəng xəstəliyi olan insanın ilk növbədə şirniyyatını kəsirlər. Çünki xərçəng çox şirin yeyən insanlarda sürətlə yayılır. 100 il öncə yemək vərdişlərimiz belə deyildi. Qıda olaraq vaxtından əvvəl yetişən pomidor, xiyar yemirdik. İndi orqanizmimiz çaş-baş qalıb. Çiyələk iyunda bitirdi, artıq martda çiyələk olur. Bu hormonlarla bitirilir. Hormonlarla yetişmiş meyvə-tərəvəzi yeyən insanın xoşbəxtlik hormonları bayram edə bilməz. Bunlar məsələnin yeməklə-həzm sistemi-bağırsaqlarla bağlı fiziki tərəfidir.
-Bəs, məsələnin psixoloji tərəfi haqda nə deyə bilərsiniz?
(Ardı var)
Söhbətləşdi: Ülviyyə ŞÜKÜROVA
Stopnarkotik.az