Azərbaycanda sabahdan bu məhdudiyyətlər qüvvəyə minir - RƏSMİ

Baxış sayı:
748

Sentyabrın 1-dən ictimai iaşə müəssisələrində, mehmanxanalarda və iri ticarət mərkəzlərində göstərilən xidmətlərdən yaşı 18-dən yuxarı olan şəxslər yalnız COVID-19 pasportu olduğu halda istifadə edə biləcəklər.

Bu, Nazirlər Kabinetinin "Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə" qərarda etdiyi dəyişiklikdə əksini tapıb.

Sabahdan COVID-19 pasportu olmayanlar üçün məhduddiyyətlər qüvvəyə minəcək.