“Gürcüstan düşmən qüvvələrinin Ermənistandan Ukraynaya uçmasına yol verməməlidir” - SAAKAŞVİLİ

Baxış sayı:
18361

Gürcüstanın üçüncü prezidenti Mixail Saakaşvili hazırda onu həbsdə saxlayan Gürcüstan hakimiyyətinə Rusiyanı dəstəkləməməsi üçün xəbərdarlıq edib.

Saakaşvili öz “Feysbuk” səhifəsində yazıb: “Gürcüstan hakimiyyətinə xəbərdarlıq edirəm ki, düşmən qüvvələrinin Ermənistandan Ukraynaya getməsi üçün bizim hava məkanından yol verməyə cürət belə eləməsinlər. 2008-ci ildə Ukrayna rəsmi şəkildə Rusiya donanmasına Krımdan çıxmağı qadağan etdi”.