Putin Şimali Koreyaya səfərə hazırlaşır

Baxış sayı:
11188

“Rusiya prezidenti Vladimir Putinin KXDR-ə səfəri yaxın gələcəkdə baş tuta bilər, tarixlər diplomatik kanallar vasitəsilə daha sonra razılaşdırılacaq”.
Bunu Rusiya dövlət başçısının mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib.
"Vladimir Putinin Pxenyana rəsmi səfər etmək üçün dəvət alıb. Ümid edirik ki, belə bir səfər baş tutacaq, Rusiya prezidenti yaxın gələcəkdə Şimali Koreyaya səfər edəcək. Bu səfərin vaxtı diplomatik kanallar vasitəsilə daha sonra razılaşdırılacaq”, - Peskov bildirib.
Xatırladaq ki, Putin 2000-ci ildə Şimali Koreyanın paytaxtı Pxenyana səfər edərək, Kim Çen Inın atası Kim Çen İr ilə görüşüb. Danışıqlar nəticəsində dövlət başçıları Rusiya və ya KXDR-ə qarşı təcavüz təhlükəsi zamanı bir-birinə dəstək verməklə bağlı razılaşıblar.