​MAKRON QISA VAXTDA PUTİNƏ NİYƏ 8 DƏFƏ ZƏNG EDİB? – Fransa prezidenti bunun səbəblərini açıqladı

Baxış sayı:
23235

Fransa prezidenti Emmanuel Makron Rusiyanın Ukraynaya genişmiqyaslı hücumundan sonra Vladimir Putinə niyə tez-tez zəng etdiyinin səbəblərini açıqlayıb.
Qafqaz.media xəbər verir ki, “Le Monde” portalının məlumatına görə, Makron Putinin fikirlərini bölüşmədiyini, lakin lakin ziddiyyətlərə baxmayaraq, onunla həmişə dialoq apardığını deyib.
"Mən müharibə başlayandan bəri hər dəfə Ukrayna prezidenti Zelenskinin xahişi ilə bunu etmişəm. Çünki o, belə bir dialoqun davam etdirilməsini faydalı hesab edirdi", - Makron bildirib.
Fransa prezidenti Kiyevə səfərə getməyə hazırlaşmayacağını da bildirib. Onun fikrincə, bu səfər nəticəsiz olacaq və heç bir fayda verməyəcək.
“Əgər nəyisə edə bilsəm və bu effekti olarsa, bunu edəcəm”, - deyə Makron yekunlaşdırıb.
Xatırladaq ki, Rusiyanın Ukraynaya genişmiqyaslı işğalından sonra Fransa rəhbəri Putinə ən azı 8 dəfə zəng edib. Buna görə o, bu yaxınlarda Polşanın baş naziri Mateuş Moravetski tərəfindən tənqid edilib. Çünki sonuncu Putini Hitler, Stalin və Pol Potla bərabər tutur.