​“Ukrayna bu müddət ərzində qələbəyə hazırlaşıb, biz isə təslim olmağa hazırlaşırıq” - SAAKAŞVİLİ

Baxış sayı:
19907

“Bütün bu müddət ərzində Ukrayna qələbəyə hazırlaşırdı, biz isə təslim olmağa hazırlaşırıq”.
Qafqaz.media xəbər verir ki, Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili məhkəmədə çıxış edərkən bildirib.
Onun sözlərinə görə, əgər Gürcüstan təslim olarsa, o zaman ruslar Tiflisə daxil olaraq gürcü xalqını məhv edəcək, insanların mülkünə sahib çıxacaq.
“Buçadakı insanlar sadəcə ona görə öldürüldü ki, işğalçı içəri girəndə qan tökməyə və öldürməyə başlayır. Əgər Gürcüstan təslim olsa, bura, Tbilisiyə girən ruslar mülkümüzə sahib çıxacaq, gürcü xalqını məhv edəcək. Bu gün təslim olmaqdan danışanlar bizi çox böyük qan gölünə hazırlayan insanlardır. Ona görə də bütün bunları reallaşdırmaq bizim üçün çox vacibdir. Biz xain xalq deyilik, döyüşçü xalqıq”, - Saakaşvili bildirib.