​10 ildə mindən çox jurnalist öldürüldü - Dəhşətli statistika

Baxış sayı:
2518

Son 10 ildə mindən çox jurnalist öldürülüb.
Muxalifet.az xəbər verir ki, bu sözləri BMT Baş katibi Antonio Quterreş deyib.
O bildirib ki, jurnalistlərə hücumlar və onların sıxışdırılması normal hala çevrilməməlidir:
“Son 10 ildə mindən çox jurnalist öldürüldü. Lakin bu cinayətlərin 90 faizi açılmayıb. Cinayətkarlar məsuliyyətə cəlb edilməyib. Hökumətlər və beynəlxalq toplum jurnalistlərin sərbəst fəaliyyəti üçün geniş imkanlar yaratmalıdır”.