Türkiyədə xərçəngdən müalicə olunan jurnalist Bakıya qayıtdı

Baxış sayı:
149

Xərçəng xəstəliyilə əlaqədar Türkiyədə müalicə olunan jurnalist Azər Rəşidoğlu Bakıya qayıdıb.
Bu barədə onun özü bildirib.
“Uzunmüddətli müayinə və müalicədən sonra Türkiyədən Bakıya döndüm. İki həftəyə yəqin ki, yenidən - bu dəfə qısamüddətli- Türkiyəyə gedəcəm. İlk mərhələ uğurlu oldu, ən müxtəlif analizlərin verilməsi və müalicənin başlanması vaxt apardı. Dövlətimiz sağ olsun, məni yalnız buraxmır”, - jurnalist qeyd edib.
A.Rəşidoğlu onun səhhətilə maraqlanan hər kəsə təşəkkür edib.
Xatırladaq ki, jurnalistin müalicə xərclərini Heydər Əliyev Fondu üzərinə götürüb./bakupost