Abramoviçin 2,5 milyardı Ukraynaya verilir

Baxış sayı:
118

Londondan Ukrayna ilə bağlı mühüm humanitar qərar açıqlanıb.

Muxalifet.az xəbər verir ki, Böyük Britaniya hökuməti iş adamı Roman Abramoviçin “Çelsi” futbol klubunun satışından əldə etdiyi 2,5 milyard funt sterlinqin (təxminən 3 milyard dollar) Ukraynanın humanitar ehtiyacları üçün istifadə olunmasına icazə verən lisenziya təqdim edib.

Lisenziyanın şərtlərinə əsasən, vəsait yalnız Ukraynada humanitar məqsədlərə yönəldilməlidir. Gələcəkdə yarana biləcək əlavə gəlirlər isə dünyada münaqişələrdən zərər çəkənlərə yardım üçün istifadə oluna bilər.

Böyük Britaniyanın Xarici İşlər Nazirliyi bildirib ki, əgər Abramoviç vəsaiti könüllü şəkildə köçürməsə, hökumət məhkəməyə müraciət etməyə hazırdır.

Qeyd edək ki, vəsaitin Ukraynaya yardım fonduna köçürülməsi “Çelsi”nin satışının əsas şərtlərindən biri olub. Sövdələşmə 2022-ci ilin mayında başa çatsa da, pullar indiyədək köçürülməyib və hazırda Abramoviçə məxsus şirkətlərdən birinin dondurulmuş hesabında saxlanılır.