Azərbaycanda malların gömrük dəyəri manatla bəyan ediləcək
28-04-2026 19:25
Baxış sayı:
70

Azərbaycanda malların gömrük dəyərinin milli valyuta (manat) ilə bəyan edilməsi nəzərdə tutulur.
Bu, "Gömrük Məcəlləsində dəyişiklik edilməsi haqqında" qanun layihəsində öz əksini tapıb.
Sənəd Milli Məclisin mayın 1-də keçiriləcək növbəti plenar iclasının gündəliyinə daxil edilib.
Bundan başqa, qanun layihəsinə əsasən, gömrük borcunun bir qisminin ödənildiyi hallarda təminatın mütənasib olaraq azadılması imkanının təmin edilməsi planlaşdırılır.




















