Bakıda avtobusda qadın sərnişin yıxılaraq xəsarət aldı - VİDEO
31-07-2026 11:10
Baxış sayı:
67

Bakıda sərnişin avtobusunda qəza nəticəsində bir qadın xəsarət alıb.
Muxalifet.az xəbər verir ki, hadisə ilə bağlı görüntülər sosial şəbəkələrdə yayılıb.
İddialara görə, avtobus sürücüsünün qəfil əyləc verməsi nəticəsində qadın sərnişin müvazinətini itirərək yıxılıb. Nəticədə onun ayağının sındığı bildirilir.
Xəsarət alan qadına hadisə yerində ilkin tibbi yardım göstərilib.
Hadisənin görüntülərini təqdim edirik.




















