"TÜRKİYƏ VƏ AZƏRBAYCANIN ARASINA GİRMƏYƏ ÇALIŞAN ÖLKƏLƏR VAR" - "İcazə verməyəcəyik..." / VİDEO

Baxış sayı:
112

"Rəcəb Tayyib Ərdoğanla Azərbaycan Prezidenti İlham Əliyev arasında həqiqi bir qardaşlıq münasibəti mövcuddur"

"Türkiyə və Azərbaycan prezidentləri Rəcəb Tayyib Ərdoğan və İlham Əliyev arasında həqiqi qardaşlıq münasibəti var".

"Haber Global" telekanalı xəbər verir ki, bunu Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sözçüsü Ömer Çelik jurnalistlər üçün keçirilən brifinqdə deyib.

O bildirib ki, Türkiyə və Azərbaycan bir millət, iki dövlətdir: "Lakin hər ölkənin öz daxili siyasəti var. Onlarla bizdə fərq ola bilər. Daxili və xarici siyasətdə də fərqli yanaşmalar mümkündür. Biz hər hansı bir məsələdə fikir ayrılığı yaşayanda qardaş ölkə olaraq danışaraq yolumuza davam edirik. Rəcəb Tayyib Ərdoğanla Azərbaycan Prezidenti İlham Əliyev arasında həqiqi bir qardaşlıq münasibəti mövcuddur.

Türkiyə və Azərbaycanın arasına girməyə çalışan bəzi ölkələr var. O ölkələrin niyyətlərinə çatmağına icazə verməyəcəyik. Bundan başqa, Türkiyənin daxilində bəzi qrupların, sosial şəbəkə istifadəçilərinin Azərbaycanı səhvən hədəfə aldığını görürük".