Vəkil Orxan Kəngərli saxlanıldı - NARKOTİK İTTİHAMI

Baxış sayı:
28

“Alyans” Vəkil Bürosunun rəhbəri, vəkil Orxan Kəngərli saxlanılıb.

Muxalifet.az xəbər verir ki, Kəngərli polis tərəfindən tutulub.

İlkin məlumat ondan ibarətdir ki, vəkil qanunsuz narkotik dövriyyəsində ittiham olunur. Onun bu gün məhkəməyə çıxarılacağı gözlənilir.

Qeyd edək ki, bu günlərdə başqa iki vəkil də həbs edilib. Onlar dələduzluq və hədə-qorxu ilə tələb etməkdə ittiham olunurlar.

Vəkillər Kollegiyası isə dünən baş verənlərlə bağlı məlumat yayıb. Kollegiyanın açıqlamasında deyilir ki, hər sahədə olduğu kimi, vəkillik sahəsində də ayrı-ayrı şəxslər tərəfindən qanunvericiliyin və peşə etikası qaydalarının pozulması halları istisna edilmir. Həmçinin heç bir peşə sahibi mümkün hüquqazidd əməllərdən sığortalanmayıb.

“Bununla belə, hesab edirik ki, belə hallarda məlumatların ictimaiyyətə çatdırılması zamanı hüquqi və etik prinsiplərə, xüsusilə də şəxsin təqsirsizlik prezumpsiyasına və onun Konstitusiya ilə təmin olunan hüquqlarına xüsusi həssaslıqla yanaşılması vacibdir”, - məlumatda qeyd edilib.