Azərbaycanda nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv olunur
18-11-2026 12:35
Baxış sayı:
43

Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv olunur.
Sözügedən məsələ parlamentin bugünkü iclasında müzakirəyə çıxarılan "Tullantılar haqqında" Qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Belə ki, güzəşt və birdəfəlik ödəniş, habelə nəqliyyat vasitələrinin utilizasiyası ilə bağlı funksiyaların icrasının təşkili və təmin edilməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş qaydada dövlət büdcəsi vəsaiti hesabına maliyyələşdiriləcək.
Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.




















