ŞƏMKİRDƏ ƏMƏLİYYAT: keçmiş məhkum saxlanıldı, külli miqdarda narkotik ələ keçirildi

Baxış sayı:
91

Şəmkir rayonunda narkotiklərin qanunsuz dövriyyəsinə qarşı tədbirlər həyata keçirilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Stopnarkotik.az-a verilən məlumata görə, Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən əvvəllər məhkum olunmuş 35 yaşlı Azər Mustafayev saxlanılıb.
Həmin şəxsdən 15 kiloqram marixuana və 4 kiloqram heroin aşkarlanıb.
Saxlanılan şəxs ifadəsində əldə etdiyi narkotikləri müxtəlif ünvanlara çatdırmaq məqsədi ilə əldə etdiyini bildirib.
Faktla bağlı cinayət işi başlanılıb. A. Mustafayev barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.