PREZİDENT ONA GENERAL RÜTBƏSİ VERDİ - Nihad Şıxəliyev kimdir?

Baxış sayı:
221

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Azərbaycan Respublikası Prokurorluğunun əməkdaşlarına ali xüsusi və ali hərbi rütbələrin verilməsi ilə bağlı Sərəncam imzalayıb.

Sərəncamla Nihad Ənvər oğlu Şıxəliyevə “ədliyyə general-mayoru” ali hərbi rütbəsi verilib.

Nihad Ənvər oğlu Şıxəliyev daha əvvəl Respublika Hərbi Prokurorluğunun Sənədlərlə və müraciətlərlə işin təşkili (Ərizə və müraciətlər) şöbəsinin rəisi vəzifəsində çalışıb.

Baş prokuror Kamran Əliyevin 14 iyul 2025-ci il tarixli əmri ilə o, Mehdi Hüseynzadəni əvəz edərək Azərbaycan Respublikası Hərbi prokurorunun müavini vəzifəsinə təyin olunub.