Şamaxıda DƏHŞƏT: Oğul atasını bıçaqladı
31-07-2026 11:32
Baxış sayı:
100

Şamaxıda bıçaqlanma olub.
Muxalifet.az xəbər verir ki, hadisə Sabir qəsəbəsi ərazisində qeydə alınıb.
37 yaşlı Anar Ağayev ailə-məişət mübahisəsi zəminində 67 yaşlı atası Məmməd Ağayevə kəsici alətlə xəsarət yetirib.
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.
Hazırda faktla bağlı araşdırma aparılır.







































