Xamenei ilə Məşhəddə vidalaşdılar - Mərasimlərdə 40 milyon insan iştirak edib / VİDEO

Baxış sayı:
97

İranın mərhum Ali Lideri Ayətullah Əli Xamenei ilə vida mərasimi İranın Məşhəd şəhərində başa çatıb.

Bu barədə IRNA-nın agentliyi məlumat yayıb.

Cümə axşamı yerli vaxtla saat 15:00-da İmam Rza küçəsində başlayan dəfn mərasimi İmam Rza türbəsində başa çatıb.

Saat 22:00 radələrində şəhərin əsas ziyarətgahında və bitişik meydanlarda cənazə namazı qılınıb.

Dəfn mərasiminə mərhum liderin böyük oğlu Mustafa Hüseyni Xamenei rəhbərlik edib. Hazırkı Ali Dini Lider Müctəba Xamenei vida mərasiminə qatılmayıb.

İranın keçmiş ali lideri Ayətullah Əli Xamenei ilə altı günlük vida mərasimləri beş şəhərdə - Tehran, Qum, Nəcəf, Kərbəla və Məşhəddə keçirilib. Həmin şəhərdə də Xamenei dünən dəfn olunub. İranın rəsmi açıqalmalarına görə, mərasimlərdə 40 milyondan çox insan iştirak edib.