"Qarabağ"da rəsmi ayrılıq: Kamilo Duran "Seltik"ə transfer olundu

Baxış sayı:
64

"Qarabağ"ın heyətində növbəti ayrılıq rəsmiləşib.

Belə ki, Ağdam təmsilçisi kolumbiyalı hücumçu Kamilo Duranın transferi ilə bağlı Şotlandiyanın "Seltik" klubunun təklifini müsbət cavablandırıb.

Klubun yaydığı məlumata görə, futbolçunun istəyi də nəzərə alınıb və tərəflər arasında aparılan danışıqlar uğurla yekunlaşıb. Nəticədə, klublar transferlə bağlı tam razılığa gəliblər.

Qeyd edək ki, 2025-ci ilin yayından "Qarabağ"ın formasını geyinən Kamilo Duran bu müddətdə komandanın heyətində 45 oyuna çıxıb, 15 qola imza atıb. Hücumçu Ağdam klubu ilə birlikdə UEFA Çempionlar Liqasının Liqa mərhələsini adlayaraq pley-off mərhələsində də iştirak edib.