Trendyol Super Liqasında mövsümün başa çatmasına iki tur qalmış çempionluğunu rəsmiləşdirən “Qalatasaray” bu gün, 37-ci tur çərçivəsində “Göztepe”nin qonağı olub.
Muxalifet.az xəbər verir ki, Gürsel Aksel stadionunda keçirilən qarşılaşmada “Qalatasaray” 2:0 hesabı ilə qələbə qazanıb.
Lakin oyundan sonra xoşagəlməz hadisə baş verib. Komandanı stadionun qarşısında gözləyən “Qalatasaray”ın avtobusu daşla hücuma məruz qalıb. Daş zərbəsi klubun 1972-ci ildə qazandığı ilk ulduzun yerləşdiyi hissəyə dəyib və avtobusun şüşəsi sınıb.