Ukrayna Novorossiyski vurdu – ABŞ-nin tələbinə məhəl qoyulmadı / VİDEO

Baxış sayı:
154

Ukrayna Rusiyanın Novorossiysk limanına növbəti dəfə hücum edib.

Muxalifet.az xəbər verir ki, “Bloomberg”-in məlumatına görə, liman Ukrayna dəniz PUA-sı ilə vurulub. Nəticədə Şesxaris neft terminalında güclü partlayış və yanğın baş verib.

Qubernator Veniamin Kondratyev bildirib ki, Novorossiysk və Krasnodar diyarının digər şəhərləri gecə ərzində Ukrayna dronları tərəfindən hücuma məruz qalıb. Ərazidə yanğın baş verib.

Qeyd edək ki, bu obyekt Rusiyanın dövlətə məxsus boru kəməri şirkəti Transneft ilə əlaqəli mühüm ixrac terminalıdır. Yerli hakimiyyət orqanları Novorossiyskdə fövqəladə vəziyyət elan edib.

Əlavə edək ki, bir neçə gün əvvəl Ukraynanın ABŞ-dəki səfiri Novorossiyski vurmamaq barədə Tramp administrasiyasından tələb aldıqlarını demişdi. Bu, onunla əlaqədar olub ki, həmin limandan Qazaxıstan nefti də nəql olunur. Lakin göründüyü kimi, Kiyev bu tələbə məhəl qoymur.