2 il əvvəl itkin düşən azərbaycanlı tapıldı - UKRAYNADA
24-10-2018 14:35
Baxış sayı:
3550

Ukraynanın Luqansk vilayətində 2 il əvvəl itkin düşən azərbaycanlı iş adamı tapılıb.
Muxalifet.az “Report”a istinadən xəbər verir ki, 2016-cı ildə Melovskiy rayonu ərazisində itkin düşən, əslən Azərbaycanın Tovuz rayonundan olan, 1977-ci il təvəllüdlü Quliyev Alı Tayfur oğlu Donetsk şəhəri ətrafında sərbəst buraxılıb.
Onun bu müddət ərzində özünü tanınmayan “Luqansk Xalq Respublikası”na bağlı olduğunu bildirən silahlı dəstə tərəfindən girov saxlanıldığı bildirilir. A.Quliyev hazırda Donetsk şəhərindədir.
Azərbaycanlı iş adamı kənt təsərrüfatı biznesi ilə məşğul olub.