57 saniyəyə dünya çempionu olan idmançımızdan KÖVRƏLDƏN JEST - VİDEO
30-10-2018 13:34
Baxış sayı:
9202

Macarıstanın paytaxtı Budapeştdə keçirilən dünya çempionatında 55 kq-da dünya çempionu olan Eldəniz Əzizli final görüşündən sonra etdiyi açıqlama ilə kövrəldib.
Muxalifet.az xəbər verir ki, final görüşünü cəmi 57 saniyəyə qalib gələn yunan-Roma güləşçimiz, qələbədən sonra təəssüratlarını bölüşərkən ona ünvanlanan "Qızıl medalı kimə həsr edirsən" sualına qəhərlənərək cavab vermək məcburiyyətində qalıb.
Eldəniz qələbəsini 5 ay (13.06.2018) öncə qəfil beyninə qan sızmasından dünyasını dəyişən mərhum azərbaycanlı jurnalist Akif Şahverdiyevə həsr etdiyini bildirib.
Qeyd edək ki, mətbuatda imzası ilə kifayət qədər məşhur olan mərhum jurnalist, Eldənizin qayınatasıdır./milli.az/
Bu da dünya çempionumuzun brifinq zamanı sözügedən açıqlaması: