ABŞ-dakı bombaçı Tramp tərəfdarı çıxdı

Baxış sayı:
4576

ABŞ-da şübhəli paketlərlə bağlı nəzarətə alınan və Respublikaçı Partiyanın rəsmi üzvü olan Cesar Altieri Sayoc-un sosial media hesablarında Donald Tramp tərəfdarı mesajları ilə yanaşı, liberallara qarşı sui-qəsd nəzəriyyələri və nifrət ritorikası yer alır.

 
ABŞ-da Tramp əleyhinə olan şəxslərə göndərilən bombalı paketlə bağlı təlaş dünən də davam edib. Dünən səhər saatlarında, Amerikalı Demokrat senator Cory Brooker-in ünvanına göndərilmək istənən bombalı paket təhlükəsizlik qüvvələri tərəfindən ələ keçirilib. Brooker-in bombalı paketindən dəqiqələr sonra, Milli Təhlükəsizlik Agentliyinin (NSA) keçmiş direktoru Ceyms Clapperın Manhettanda ünvanına göndərilən bombalı paket olduğu ortaya çıxıb. 2 Kaliforniyalı Demokrat senatora yollanan bombalar da ünvanlarına çatmadan ələ keçirilib.
 
5 AYRI FEDERAL CİNAYƏTİ VAR
 
FTB, Tramp əleyhdarlarına göndərilən bombalı paketlərin mərkəzi olaraq düşünülən Miami yaxınlığındakı bir poçtda araşdırma həyata keçirib. Hadisə ilə bağlı bir nəfər saxlanılıb. Bir həftə ərzində göndərdiyi 14 bombalı paketlərlə ABŞ-ı dəhşətə salan adamın 56 yaşındakı Cesar Sayoc olduğu açıqlanıb. ABŞ mətbuatı, Sayocun Tramp tərəfdarı olduğunu bildirib. ABŞ-ın ədliyyə naziri Cef Sessions, Sayoc-un, keçmiş prezidentləri təhdid etmək və qanunsuz partlayıcı maddələri nəql etmək də daxil, 5 ayrı federal cinayətdən məhkum olunduğunu açıqlayıb.
Müxalifət.az