ABŞ-dan Səudiyyəyə ilk sanksiya mesajı

ABŞ-ın dövlət katibi Pompeo, keçirdiyi mətbuat konfransında journalist Qaşıqçı-nın öldürülməsinə münasibət bildirib.
Pompeo, "ABŞ rəhbərliyi olaraq əldə etdiyimiz məlumatlar işığında Qaşıqçı-nın ölümünə qarışdığından şübhələndiyimiz Səudiyyə Krallığı, Xarici İşlər Nazirliyi, kəşfiyyat və digər nazirliklərə bağlı bəzi Səudiyyə rəsmilərinə viza ləğvi, viza qadağası və digər sanksiyalar tətbiq edəcəyik". deyib.
Pompeo, həmçinin, müəyyən olunan şəxslərə, ABŞ Xəzinə Nazirliyi ilə birlikdə "Qlobal Magnitsky İnsan Haqları Məsuliyyət Qanunu" çərçivəsində sanksiya tətbiq olunmasını da dəyərləndirdiklərini bildirib.
Alınan sanksiya qərarlarının bununla yetinməyəcəyini və gələn yeni məlumatlar işığında müxtəlif sanksiyalar tətbiq etməyə davam ediləcəyini qeyd edən Pompeo, "ABŞ, Qaşıqçı-nın susdurulması üçün edilən bu gaddarca hərəkətə razı olmayacaqdır" deyə söyləyib.
Müxalifət.az