ABŞ prezidenti Putinlə boks rinqinə çıxacaqmı? – TRAMP AÇIQLADI

Baxış sayı:
4147

ABŞ prezidenti Donald Tramp, İllinois əyalətində çıxış edərkən Helsinkidə Rusiya prezidenti Vladimir Putinlə keçirdiyi görüşə də toxunub.
 
Tramp, "Vladimir Putinlə yaxşı bir söhbət etdik və biz hər şey haqqında danışdıq", - deyə görüşdən sonra açıqlama vermişdi və bu açıqlama “Tramp, Rus liderinə çox "nəzakətli" davrandı” kimi tənqidə məruz qalmışdı.
Bəzi insanların bu tənqidinə cavab verən Tramp, "Putinlə boks rinqinə çıxsaydım o zaman da “çox sərt və qorxunc adamdır” deyəcəkdilər" deyib.
“Ona görə də Putinlə bir boks rinqi istəmirəm, çünki çox sərt bir adam olduğum düşünülür” deyən Tramp, nəticə etibarı ilə bəzi insanların bu tipli tənqidləri arasında elə bir fərqin olmadığını vurğulayıb.
Qeyd edək ki, Putin və Tramp iyulun 16-da Finlandiyanın Helsinki şəhərində keçirilən ilk geniş miqyaslı zirvə görüşündə görüşüb. Tarixi zirvə görüşündə, iki lider, ikitərəfli əlaqələrin və beynəlxalq gündəmlə bağlı bir çox sahədə razılaşdı.
Liderlərin növbəti görüşü noyabrın 11-də Parisdə nəzərdə tutulur.
Müxalifət.az