“ABŞ Rusiyada demokratiyanın inkişafına illik 20 milyon dollar xərcləməyi planlaşdırır” - LAVROV
29-10-2018 09:42
Baxış sayı:
4522

Moskva ABŞ-ın Rusiyanın daxili siyasətinə qarışması ilə bağlı faktlara sahibdir.
Bunu “Rossiya. Kreml. Putin” proqramında çıxışı zamanı Rusiya Xarici İşlər naziri Sergey Lavrov deyib. Onun sözlərinə görə, ABŞ Dövlət Departamenti Rusiyada demokratiyanın inkişafı üçün illik 20 milyon dollar xərcləməyi planlaşdırır.
O, ABŞ Dövlət Departamentinin bu maliyyə vasitəsilə ölkədəki əksər qeyri-hökumət təşkilatlarını dəstəkləməyə çalışacağını bildirib.