ABŞ və 6 ərəb ölkəsindən İrana ağır ZƏRBƏ
24-10-2018 11:12
Baxış sayı:
3010

ABŞ, Səudiyyə Ərəbistanı, Bəhreyn, Qətər, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Küveyt və Oman İrandan 9 nəfəri terror siyahısına salıb.
Muxalifet.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə "SPA" agentliyi məlumat yayıb.
Terror siyahısına salınan şəxslərin kimliyi ilə bağlı məlumat verilməyib. Sözügedən addımının, dövlətlərdən və terror təşkilatlarından gələn təhdidlər də daxil olmaqla terror maliyyə şəbəkələri haqqındakı məlumatları müəyyən etmək, izləmək və bölüşmək üçün birgə səy çərçivəsində atıldığı bildirilib.
Atılan addımla terror siyahısına əlavə edilən şəxslərin müvafiq ölkələrdəki bank hesabları dondurulub və onlarla əlaqə yaratmaq qadağan olunub.