Abşeronda ana 2 azyaşlı uşağı ilə İTKİN DÜŞDÜ
24-10-2018 12:12
Baxış sayı:
3247

Abşeron rayonu Xırdalan şəhərində yaşayan bir ailənin üç üzvü itkin düşüb.
Muxalifet.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, Xırdalanda kirayədə yaşayan 1988-ci il təvəllüdlü Hüseynova Günay İmran qızı 2014-cü il təvəllüdlü qızı Aylin və 2015-ci il təvəllüdlü oğlu Aminlə birgə evdən çıxıb və geri qayıtmayıblar.
Ana və iki azyaşlının axtarışları polislər tərəfindən davam etdirilir.