Ağac bahalı avtomobilin ÜSTÜNƏ AŞDI VƏ... - Bakıda QORXUNC HADİSƏ/FOTOLAR

Baxış sayı:
2758

Muxalifet.az publika.az-a istinaden xəbər verir ki, Nəsimi rayonu Bakıxanov küçəsində qismən çürümüş ağac küləyin təsiri ilə əyilib və daha sonra binanın həyətinə aşıb. Hadisə nəticəsində həyətdə park edilmiş “Toyota Prado” markalı avtomobilin şüşələri və faraları qırılıb. Bundan başqa ağacın budaqları binadakı mənzillərin pəncərələrinin qırılmasına səbəb olub.
Sakinlər bildiriblər ki, bu ağacın aşa biləcəyi ilə bağlı əvvəlcədən aidiyyatı təşkilatlara mütaciət edilsə də, tədbir görülməyib.