Almaniyada Müsəlmanlara qarşı irqçi “hücum”
27-10-2018 13:50
Baxış sayı:
4987

Almaniyanın Nürnberg şəhəri yaxınlığında yerləşən Hersbruck qəsəbəsində, bir restoranın girişində yerləşən lövhəyə "Müsəlmanlar girə bilməz" mətni yazılıb.
Mühacirlərdən böyük təpki
Bölgədə yaşayan bir mühacir tərəfindən çəkilən fotoşəkil Almaniyada yaşayan Türklərdə böyük təpkiyə səbəb olub.
Vətəndaşların hadisəyə təpki göstərməsindən sonra açıqlama verən restoran sahibi, sözügedən yazının bir neçə həftə əvvəl başqaları tərəfindən yazıldığını söyləyib. Lövhə restoran sahibi tərəfindən götürülüb. Lövhəyə yazının bir ifrat millətçinin yazdığı ehtimalı üzərində dayanılır.
Müxalifət.az