Amerikalı ekspertdən vəliəhd bin Salman iddiası

Amerikalı tədqiqatçı yazıçı Karen Elliot House, Camal Qaşıqçı cinayətinin Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanın gələcəyini qeyri-müəyyənliyə saldığını iddia edib.
House, “Wall Street Journal” qəzetində dərc olunan məqaləsində, Səudiyyə Ərəbistandan əhəmiyyətli bir şəxsin Qaşıqçı cinayətinə dair şahzadə Məhəmmədin ağıl sağlamlığını mühakimə etdiyini və sonunu Roma imperatoru Caligulaya oxşatdığını yazıb.
House, vəliəhd şahzadənin də bənzər bir şəkildə gənc yaşda hakimiyyətə gələn Caligula kimi "böyük layihələr keçirməyi, böyük əyləncələr tərtib etməyi və ən əsası ətrafındakıları alçaltmağı sevdiyini" önə sürüb.
Şahzadənin, kral ailəsi mənsublarını tutmasından Livanın baş naziri Saad Haririni Ər-Riyadda istefa etdirməsinə və Qətərə embarqo tətbiqinə qədər bir çox mübahisəli qərarı hakimiyyətini möhkəmləndirmək üçün verdiyini qeyd edən müəllif, indi də ən yaxınındakı şəxslərin Qaşıqçını öldürülməklə ittiham etdiyini xatırladıb.
House, Qaşıqçı cinayətinə qarışan şəxslərin cəzalandırılmamasının xüsusilə də ABŞ Konqresi ilə Ər-Riyad rəhbərliyi arasındakı münasibətləri pozacağı proqnozunu verib.
Məhəmməd bin Salmanın ən yaxınındakı şəxslərin jurnalist Camal Qaşıqçı-nın öldürülməsi araşdırmasında qurban verilməsinin isə yaxın ətrafını qısa müddətdə bir-birinə salacağını qeyd edən müəllif, bunun da şahzadənin gələcəyini təhdid edə biləcəyini bildirib.
YA VƏZİFƏDƏN ALINACAQ, YA DA ZORLA UZAQLAŞDIRILACAQ
House, Qaşıqçı hadisəsindən sonra kral Salman bin Abdulaziz həm oğlu Məhəmməd bin Salman vəliəhd şahzadə kimi hüdudsuz hakimiyyət haqqı tanıyıb, həm də Körfəzin təhlükəsizliyi və qlobal neft siyasəti kimi məsələlərdə ABŞ ilə münasibətlərini yoluna qoyub qoymamasının maraq edilən bir sual olduğuna məqaləsində yer verib.
Məqalədə görkəmli yazıçının, "Krallığın, hər şeyi öz nəzarəti altına almaq qətiyyəti ilə tanınan bir vəliəhd şahzadənin (fanatlarına görə belə bir nəzarət manyakı), təsirli bir şəkildə öz gələcəyini və ABŞ-Səudiyyə Ərəbistan münasibətlərini iki əleyhdarı olan Konqres və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın nəzarətinə vermiş olması kiçik bir istehza deyil" deyə qeyd etməsi diqqəti çəkib.
House, Amerika Konqresinin Türkiyənin istintaq nəticələrini açıqlaması ilə Səudiyyə Ərəbistanına qarşı addım atmasının böyük ehtimal olduğuna toxunub. Müəllif, Türkiyənin Qaşıqçı-nın öldürülməsinə dair istintaq nəticələrini dünya ilə bölüşməsinin Səud ailəsində də varis şahzadəyə qarşı bir qruplaşma yaranmasına yol aça biləcəyini irəli sürüb.
Karen Elliot House, yazısında, "Kral Salman, Qaşıqçı-nın ölümündən sonra Səudiyyə kəşfiyyatını yenidən qurma vəzifəsini oğluna verərək arxasında dayandı, ancaq gənc şahzadənin Səudiyyə Ərəbistan hökmdarlığının uzun sürməyəcəyini təsəvvür etmək mümkün hala gəlmişdir" deyə bildirib.
Şahzadə Məhəmmədin atası tərəfindən vəzifədən alınacağını və ya sui-qəsd kimi zor yoluyla kənarlaşdırılacağını güman edən House, ilk ssenarinin kral Salmana daha çox seçim saxladığını, ancaq vəliəhd şahzadənin zorla devrilməsi vəziyyətində bunun Ər-Riyadda böyük bir qarışıqlığa yol aça biləcəyi ni deyib.
Müxalifət.az