Arda Turana FETÖ araşdırması!

FETÖ-nun futboldakı şəbəkəsinə dair futbolçular Əmrə Belözoğlu, Arda Turan, Okan Buruq, Bursaspor-un keçmiş texniki direktoru Bülənd Qorxmaz haqqında İstanbul Baş Prokurorluğu tərəfindən istintaq aparıldığı ortaya çıxıb.
“Vətən” qəzetinin xəbərinə görə, məşhur futbolçular haqqındakı istintaqın "FETÖ terror təşkilatına üzv olmaq", "Təşkilata üzv olmamaqla birlikdə bilərək və istəyərək yardım etmək" cinayətlərindən aparıldığı öyrənilib.
Futbolçular haqqında təşkilat əlaqələrinin olub olmadığı araşdırılır. İstintaqı aparan prokurorluq, məşhur şəxslərin ifadələrinin alınıb alınmayacağına qərar verəcək. Belözoğlu, Turan, Buruq və Qorxmaz haqqındakı istintaq dosyeləri ayrı-ayrılıqda aparılır.
Qeyd edək ki, daha əvvəl keçmiş futbolçular Bəkir İrtek-in, Uğur Boraks, Zəfər Biryol, Çatsın Çallar, İsmayıl Şengül, keçmiş milli qapıçı Ömər Çatkıç barədə "silahlı terror təşkilatı üzvlüyü” cinayətindən 22,5 ilə qədər həbs tələbi ilə cinayət işi açılmışdı. Dünənki məhkəmə iclasda müttəhimlər ifadələrində aralarında Əmrə Belözoğlunun da olduğu bir çox futbolçunun adını verib.
Müxalifət.az