"Arsenal"dan möhtəşəm qələbə - VİDEO
23-10-2018 10:13
Baxış sayı:
3583

İngiltərə Premyer Liqasında 9-cu tura yekun vurulub.
Muxalifet.az xəbər verir ki, turun son oyununda "Arsenal" doğma meydanda "Lester Siti"ni qəbul edib. Qarşılaşma "topçular"ın 3:1 hesablı qələbəsi ilə başa çatıb.
9 turdan sonra Premyer Liqanın turnir cədvəlində ilk iki pillədə aktivlərində 23 xal "Mançester Siti" və "Liverpul" qərarlaşıb. "Çelsi", "Arsenal" və "Tottenhem" 21 xalla 3-5-ci yerləri bölüşürlər. "Lester Siti" 12 xalla 11-cidir.
"Arsenal" 3-1 "Lester Siti"
Qollar: Məsut Özil, 45, Pyer-Emerik Obameyanq, 63, 66 - Hektor Belyerin, 31 (avtoqol)