Avropa İttifaqından "Qaşıqçı" açıqlaması

Baxış sayı:
3232

Avropa İttifaqı (Aİ) Şurasının sədri Donald Tusk, Səudiyyəli jurnalist Camal Qaşıqçı-nın öldürülməsinə dair, "Avropanın yeganə marağı, arxasında kim olduğuna baxmadan bütün detalları ortaya çıxarmaqdır" deyib.
 
Tusk, Qaşıqçı-nın öldürülməsini "şok edici" şəklində səciyyələndirərək, bunları qeyd edib:
“Qaşıqçının öldürülməsi dəhşətli bir cinayətdir. Ən kiçik bir riyakarlıq izi də bizə utanc gətirir. Kimin kimlərinsə mənafeyini qoruduğunu demək mənim vəzifəm deyil, ancaq bir şeydən əminəm. Avropanın yeganə marağı, arxasında kim olduğuna baxmadan bütün detalları ortaya çıxarmaqdır. Hissinizin və qətiyyətinizin görürəm və Avropanın, üzv dövlətlərin və ya təşkilatların hər hansı bir qeyri-müəyyən oyuna qarışmasına icazə verməyəcəyinə inanıram."
Müxalifət.az