Avropa ölkəsindən “Səudiyyə Ərəbistan” qərarı!

Baxış sayı:
4069

Belçika baş nazirinin müavini Aleksandr De Croo, ölkəsinin Səudiyyəli jurnalist Camal Qaşıqçı-nın öldürülməsindən sonra Səudiyyə Ərəbistanına silah ixracını dayandırmaq qərarı alan Almaniyanı örnək alması lazım olduğunu söyləyib.
 
Belçikanın “VRT” radiosuna açıqlama verən De Croo, silah ixracı qərarının regional parlamentlər tərəfindən verildiyini, bu səbəblə tövsiyə vermək xaricində başqa bir səlahiyyətinin olmadığına diqqəti çəkib.
 
Silah ixracı dayandırılmalıdır
 
De Croo, Belçikanın Avropa Birliyinin arxasına saxlanmaması lazım olduğunu bildirərək ölkəsinin Almaniya kimi Səudiyyə Ərəbistanına silah ixracını dayandırmaq qərarı alması lazım olduğunu vurğulayıb.
Belçikanın hadisənin "etik və insani" yönünə diqqət yetirməsi lazım olduğunu ifadə edən De Croo, "Silah ixracının dayandırılması eyni zamanda hər gün onlarla insanın həlak olmasını əngəlləməyə xidmət edəcək" deyə söyləyib.
Qeyd edək ki, Flamand, Valon və Brüssel bölgələrindən ibarət olan Belçikada, xüsusilə Valon bölgəsi Səudiyyə Ərəbistanına etdiyi silah ixracatı diqqəti çəkir. Bu regiondan yalnız keçən il Səudiyyə Ərəbistanına 153 milyon avroluq silah satıldığı bildirilir.
Müxalifət.az