Axtarış
The search found 105701 results in 0.053 seconds.
Search results
AĞSU SAKİNİ DYP ƏMƏKDAŞINDAN ŞİKAYƏTÇİDİR - “Mənə haqsız yerə cərimə yazılıb” / FOTO
Ağsu rayonu, Xatman kənd sakini Əhmədov Əfqan Calal oğlu tərəfindən redaksiyamıza şikayət məktubu daxil olub. Şikayətçi iddia edir ki, yol polisi əməkdaşları onu haqsız yerə cərimələyiblər. Şikayətçinin məktubunu olduğu kimi dərc edirik:
Muxalifet2 - 25-12-2024
SON DƏQİQƏ: AZAL-ın sərnişin təyyarəsi qəzaya düşdü - ÖLƏNLƏRİN SİYAHISI / VİDEO, YENİLƏNİR
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Aktauda AZAL-ın təyyarəsinin qəzaya uğramasının araşdırılması ilə bağlı komissiyanın yaradılmasına göstəriş verib.
Muxalifet.az xəbər verir ki, bu barədə məlumatı TASS yayıb.
Bildirilib ki, sözügedən komissiyaya Qazaxıstan Baş nazirinin müavini Kanat Bozumbayev rəhbərlik edəcək.
11:56
Azərbaycan Hava Yolları aviaşirkətinin J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsinin qəzaya uğraması nəticəsində ölənlərin adları paylaşılıb.
Muxalifet2 - 25-12-2024
“Bu, bir alimin, bir ailənin məhvi deməkdir” – SOCAR-dakı işindən çıxarılan alim ETİRAZ EDİR
SOCAR-ın tabeliyində olan"Ekol Mühəndislik Xidmətləri" Qapalı Səhmdar Cəmiyətinin mütəxəssisi Məmmədov Nazim Tahir oğlu tərəfindən redaksiyamıza şikayət məktubu daxil olub. Rəhbər şəxslər tərəfindən ədalətsizlik üzləşdiyini deyən şikayətçinin müraciətini olduğu kimi dərc edirik:
Muxalifet2 - 25-12-2024
İlham Rəhimovun “toxumları” necə ələ keçirilib? - SENSASİON İDDİALAR
Müğənni Ruhiyyə Əliyevanın əkizlərinin atası olan iş adamına qurduğu tələnin tükürpədici detalları
II YAZI
Muxalifet2 - 25-12-2024
Müxalif partiya təyyarə qəzasında həlak olanların ailələrinə BAŞSAĞLIĞI VERDİ
Bu gün Azərbaycan Hava Yollarına (AZAL) məxsus təyyarə Bakı-Qroznı reysini yerinə yetirərkən Qazaxstanın Aktau şəhərinin yaxınlığında təcili eniş edərkən qəzaya uğramışdır. Qəza nəticəsində çoxlu sayda insan faciəli şəkildə həlak olmuşdur. Qəzanın baş vermə səbəbləri barədə hal-hazırda çoxlu sayda versiyalar mövcuddur.
ADP baş vermiş təyyarə qəzasında aralarında Azərbaycan vətəndaşlarının da olduğu çoxsaylı insan tələfatını dərin üzüntü ilə qarşıladığını bildirir.Muxalifet2 - 25-12-2024
“Fransanın Ermənistanı revanşizmə təşviqi beynəlxalq hüququn əsas prinsiplərini pozur” - EKSPERT
“Fransanın Ermənistanı revanşist siyasəti yürütməsinə təşviq etməsi beynəlxalq hüququn əsas prinsiplərinin pozulması kimi qiymətləndirilə bilər. Parisin bu addımı bölgədə sülhün və sabitliyin qorunmasına mane olur, üstəlik beynəlxalq aləmdə Fransaya qarşı etimadsızlıq yaradır”.
Bunu beynəlxalq hüquq üzrə ekspert Vusal Mehdiyev deyib.Muxalifet2 - 25-12-2024
Şəhid anaları "Əshabi-Kəhf"də təyyarə qəzasında həlak olanların ruhuna dualar oxudu - VİDEO, FOTO
Əməkdar artist Fərqanə Qasımova "Əshabi-Kəhf"də ürəkləri titrədən ifasıyla qəzada həlak olanları yad etdi
Bu gün “Mənim oğlum qəhrəmandır” layihəsində daim yanımızda olan əfsanəvi generalımız Polad Həşimovun anası Səmayə ana Naxçıvanın qəhrəman şəhid oğullarının valideynlərinin qonağı olub.
Stopnarkotik.az xəbər verir ki, onlar müqəddəs “Əshabi-Kəhf” ziyarətgahına birlikdə getdilər, həm Vətən uğrunda canını fəda etmiş şəhid qardaşlarımız üçün, həm də dünən dəhşətli təyyarə qəzasında həlak olan insanlar üçün dualar ediblər.
Muxalifet2 - 26-12-2024
TƏYYARƏMİZİ RUSİYA VURUB! - "Təyyarənin rabitə sistemi tamamilə iflic edilib..." - VİDEO / Yenilənib
İstintaqın ilkin nəticələrinə əsasən müəyyən edilib ki, Bakı-Qroznı marşrutu üzrə hərəkət edən “Azərbaycan Hava Yolları”na məxsus təyyarə Rusiyanın “Pantsir-S” hava hücumundan müdafiə sistemi tərəfindən Qroznı şəhərinə yaxınlaşarkən hücuma məruz qalıb.
Muxalifet.az xəbər verir ki, bu barədə "Caliber.az" redaksiyası etibarlı hökumət mənbələrindən məlumat əldə edib.
Muxalifet2 - 26-12-2024
AZAL təyyarə qəzasında xəsarət alanlara və vəfat edənlərin ailəsinə KOMPENSASİYA ÖDƏYƏCƏK
Təyyarə qəzasında xəsarət alanlara 20 min, vəfat edənlərin ailəsinə isə 40 min manat kompensasiya ödəniləcək.
Muxalifet.az xəbər verir ki, bu barədə AZAL-dan məlumat verilib.
Muxalifet2 - 26-12-2024
PİLOT TƏYYARƏNİ NİYƏ XƏZƏR DƏNİZİNƏ ENDİRMƏDİ? – AZAL-ın kapitanı danışdı / VİDEO
AzTV-də yayımlanan “Hədəf” verilişində qəzadan sonra müzakirə olunan sualları AZAL-ın kapitanı ətraflı şəkildə cavablandırıbdır.
Muxalifet2 - 26-12-2024
QƏZADA ÖLƏNLƏRDƏN 25-nin KİMLİYİ AÇIQLANDI - Siyahı
“Azərbaycan Hava Yolları” aviaşirkətinin J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsinin Aktau şəhəri yazınlığında qəzaya uğraması nəticəsində vəfat edən sərnişinlərin və ekipaj üzvlərinin siyahısı açıqlanıb.
Bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb.
Muxalifet2 - 26-12-2024
Aktaudakı təyyarə qəzasının sensasion təfərrüatı AÇIQLANDI
Qazaxıstanın nəqliyyat naziri Marat Karabayev AZAL-a məxsus təyyarənin qəzaya uğramasının təfərrüatını açıqlayıb.
Bu barədə "Kazinform" məlumat yayıb.
"Hava limanının qəza xidmətləri təyyarəni qəbul etməyə hazır idi. Ekipaj Qazaxıstanın hava məkanına daxil olduqdan sonra Aktau şəhərinin qüllə dispetçeri ilə əlaqə yaradıb. Dispetçer təyyarənin aerodroma enməsi üçün bütün lazımi tədbirləri operativ şəkildə həyata keçirib. Bundan əlavə, uçuş-eniş zolağı ilə vizual əlaqənin qurulmasını asanlaşdırmaq üçün zolağın işıqları yandırılıb", - Karabayev qeyd edib.
Muxalifet2 - 26-12-2024
Aktaudakı aviaqəzada yaralanan şəxslər "Yeni Klinika"ya yerləşdiriliblər - VİDEO
AZAL-a məxsus təyyarənin qəzaya uğraması nəticəsində yaralanan şəxslər "Yeni Klinika"ya yerləşdiriliblər.
Bunu qəzadan sağ çıxan Ayhan Bayramzadə Baku TV-yə açıqlamasında deyib.
O, hər şeyin qaydasında olduğunu söyləyib: "Şükür, hər şey yaxşıdır, özümü yaxşı hiss edirəm".
Qeyd edək ki, Qazaxıstanın Aktau şəhərində qəzaya uğrayan AZAL-a məxsus təyyarədə xəsarət alanlardan 14 nəfər yaralı və həyatını itirən 4 nəfərin nəşi Bakıya gətirilib.
Ətraflı süjetdə:
Muxalifet2 - 27-12-2024
Ramiz Tatarov azadlığa BURAXILDI
Ağstafanın həbsdə ölən icra başçısı Nizaməddin Quliyevlə birgə məhkum edilmiş müavini Ramiz Tatarov cəzasının çox hissəsini çəkməsi ilə bağlı vaxtından əvvəl şərti azadlığa buraxılıb.
Muxalifet.az APA-ya istinadən məlumat verir ki, Nizami Rayon Məhkəməsi belə qərar qəbul edib.
Hakim məhkumun 6 illik azadlıqdan məhrumetmə cəzasının çoxunu çəkməsini, cəzaçəkmə müəssisəsinin müsbət rəyini, dövlətə dəymiş ziyanın ödənilməsini nəzərə alaraq müraciəti təmin edib.
Muxalifet2 - 26-12-2024
“Nar”ın dəstəyi ilə uşaq hüquqlarına həsr olunmuş debat forum keçirildi
Regionlarda sosial məsuliyyət təşəbbüsləri ilə tanınan “Nar”ın “Regional İnkişaf” İctimai Birliyi (RİİB) ilə birgə həyata keçirdiyi Ümumdünya Uşaq Hüquqları Gününə həsr edilmiş layihə sona çatıb. Mobil operator layihənin yekunu olaraq, “Rəqəmsal təhlükəsizlik və uşaq hüquqlarının qorunması” mövzusunda genişmiqyaslı debat forum keçirilməsinə dəstək olub. Layihənin məqsədi rəqəmsal dövrdə uşaqların hüquqlarının qorunması məsələlərinə diqqət çəkmək və valideynləri bu sahədə maarifləndirməkdir.
Muxalifet2 - 29-12-2024
"Kanal 13"ün əməkdaşı Şamo Emin azadlığa buraxıldı - VƏKLİNDƏN AÇIQLAMA
"Kanal 13" internet televiziyasının əməkdaşı Şamo Emin azadlığa buraxılıb.
Muxalifet.az xəbər verir ki, bu barədə onun vəkili Elçin Sadıqov məlumat verib.
O bildirib ki, Ş.Emin istintaqın müddəti bitdiyi üçün azadlığa buraxılıb.
Qeyd edək ki, Şamo Emin “Kanal 13” internet televiziyası ilə əməkdaşlıq edib. O, ötən ilin dekabr ayında həbs olunub.
Ş.Eminə qarşı Cinayət Məcəlləsinin 206-cı (qaçaqmalçılıq) maddəsi ilə cinayət işi başlanıb.
Onunla birlikdə televiziyanın rəhbəri Əziz Orucov da həbs edilib.
Muxalifet2 - 29-12-2024
Bu gün Dünya azərbaycanlıları Həmrəylik Gününü qeyd edir
Bu gün Dünya Azərbaycanlılarının Həmrəyliyi günüdür.
Muxalifet.az xəbər verir ki, Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün əsası 1989-cu il dekabrın sonlarında Azərbaycan Xalq Cəbhəsinin təşkilatçılığı ilə Naxçıvanda SSRİ-İran sərhədlərinin dağıdılması zamanı qoyulub.
Muxalifet2 - 31-12-2024
GÜRCÜSTANDA AZƏRBAYCANLILARA QARŞI QEYRİ-İNSANİ HƏRƏKƏT - 2 yeniyetmə öldürüldü / VİDEO
Gürcüstan DİN azərbaycanlıların kompakt yaşadığı Bolnisi rayonunun Naxiduri (Arıxlı) kəndində 2 azərbaycanlı yeniyetmənin (Elçin Binnətov və Sinan Şərifov) ölümü ilə nəticələlənən avtomobil qəzası ilə bağlı məlumat yayıb.
Muxalifet2 - 31-12-2024
ŞOK: Mariana Vasilevaya ömürlük baş məşqçi vəzifəsi tutmaq qadağan edildi - FOTO
Gimnastika Etikası Fondunun (GEF) İntizam Komissiyası Bədii Gimnastika üzrə Azərbaycan Milli Komandasının sabiq baş məşqçisi, hazırkı baş məşqçi, məşqçi və Azərbaycan Gimnastika Federasiyasına (AGF) sanksiya tətbiq edib.
Muxalifet.az xəbər verir ki, bu barədə GEF-in mətbuat xidməti məlumat yayıb.Muxalifet2 - 1-01-2025
BAKIDA MÖHTƏŞƏM MƏKAN! - “Etiler Meat House” restoranlar şəbəkəsi növbəti filialını açdı / VİDEO, FOTOLAR
Bakıda “Etiler Meat House” restoranlar şəbəkəsinin yeni filialının açılışı olub. “Crescent Mall”ın 1-ci mərtəbəsində yerləşən “Etiler Meat House” restoranı ləzzətli təamları və geniş seçim imkanları ilə qapılarını müştərilərinin üzünə açıb.
Muxalifet2 - 31-12-2024