Bir müddət əvvəl gənc oğlunu itirən generala DAHA BİR İTKİ
21-07-2025 11:15
Baxış sayı:
247

Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin rəis müavini general-mayor Orxan Qasımovun anası dünyasını dəyişib.
Muxalifet.az xəbər verir ki, bir müddət əvvəl Orxan Qasımov gənc oğlunu itirmişdi.
Generalın anası Aybəniz xanım bu gün saat 13:00-da bir müddət əvvəl dünyadan köçən nəvəsi Ayxanın yanında torpağa tapşırılacaq.
Qeyd edək ki, Aybəniz xanım Bakı Şəhər İcra Hakimiyyəti Mənzil -Kommunal Təsərrüfatı Departamentinin Əhaliyə Vətəndaşlıq Xidməti Trestinin (ƏVXT) sabiq müdiri mərhum Cavanşir Tağıyevin həyat yoldaşıdır.
Cavanşir Tağıyev