Axtarış

The search found 105701 results in 0.106 seconds.

Search results

  1. Ən güclü zərbəni Mahir Emreli vurub

    Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin çıxış etdiyi "Nürnberq" futbolçularının qış fasiləsinə qədər olan bəzi statistik göstəriciləri açıqlanıb.

    Zərbənin sürəti və gücü ilə bağlı göstəricidə Mahir Emreli də fərqlənib.

    O, 2-ci bundesliqa oyunlarının birində topu 118,1 km/saat sürətlə vurub. Bu, mövsümün ilk yarısında "Nürnberq" futbolçuları arasında ən yüksək göstəricidir. 

    Qeyd edək ki, M.Emreli bu mövsüm Almaniya klubunun heyətidə bütün turnirlərdə 13 matçda meydana çıxıb, 4 qol vurub, 1 qolun isə ötürməsini verib.

    Muxalifet2 - 4-01-2025

  2. Cəlilabadda ağır qəza, xəsarət alanlar var

    Ələt-Astara magistralında minik avtomobilləri toqquşub.

    Hadisə magistralın Cəlilabad rayonundan keçən hissəsində qeydə alınıb.

    Belə Bakı şəhər sakini, 1971-ci il təvəllüdlü Nəzakət Gəncəliyevanın idarə etdiyi “Honda” markalı avtomobil “Chevrolet” markalı maşınla toqquşub.

    Hadisə nəticəsində “Honda”danın sürücüsü, sərnişinləri - 1961-ci il təvəllüdlü Fərman Cəfərov və 44 yaşlı Ruslan Nəbiyev müxtəlif dərəcəli xəsarətlərlə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

    Muxalifet2 - 4-01-2025

  3. Çindən Azərbaycana gələn balıq torlarına görə araşdırma BAŞLANDI

    Bakı Baş Gömrük İdarəsinin “Abşeron” gömrük postunda Çin Xalq Respublikasından Azərbaycan vətəndaşının ünvanına gələn yüklərə gömrük baxışı keçirilib.

    Muxalifet2 - 4-01-2025

  4. “Nar” Yeni il sevincini ucqar kəndlərdə yaşayan uşaqlarla paylaşıb - FOTO

    “Nar” Yeni il bayramını uşaqlar üçün unudulmaz etmək üçün “Biz Birlikdəyik” sosial platformasının “Şaxta Baba ucqar kəndlərdə” layihəsinə əsas tərəfdaş olaraq dəstək verib.
     Təşəbbüsün əsas məqsədi ucqar kəndlərdə yaşayan uşaqlara bayram əhval-ruhiyyəsi bəxş etmək, onların üzündə təbəssüm yaratmaqdır.
     Təşəbbüs çərçivəsində “Biz Birlikdəyik” komandası vasitəsilə ucqar kəndlərdə yaşayan 1000-ə yaxın uşağa müxtəlif hədiyyələr təqdim edilib.

    Muxalifet2 - 1-01-2025

  5. RUSİYA AQONİYAYA DOĞRU ADDIMLAYIR - AZAL-ın təyyarəsinə atılan güllələr Putin rejimini çökdürür...

    2024-cü il başa vurduq, 2025-ci ilin ilk günlərini yaşayırıq. Könül istərdi ki, 2024-cü ili nikbin notlarla başa vuraq, amma Aktauda baş verən təyyarə qəzası toplum olaraq, bizi kədərə qərq etdi. Hamımız AZAL-ın “Embraer 190” təyyarəsinin son sərnişinlərinin son saatlarında nələr yaşadıqlarını hiss etdik, ailələrinin acılarına həmdərd olduq. Bu aviaqəza hər birimizi illiklərimizə qədər sızlatdı.

    Muxalifet2 - 6-01-2025

  6. Direktor ibtidai sinif şagirdini kabinetinə salıb döydü, anası etiraz etdikdə isə... – ŞOK İDDİA

    Gülbəz Rəhimova: “Direktora etiraz etidiyim üçün məkətbin istilik sisteminə baxan həhyat yoldaşımı işdən çıxardı”
    Ağcabədi rayonu, Xocavənd kənd sakini Rəhimova Gülbəz Möhübbət qızı tərəfindən redaksiyamıza şikayət məktubu daxil olub. Saytımız vasitəsilə Prezident İlham Əliyevə, Elm və Təhsil naziri Emin Əmrullayevə müraciət edən şikayətçinin məktubunu olduğu kimi dərc edirik:
    “Cənab Prezident!

    Muxalifet2 - 6-01-2025

  7. ADP QİYMƏT ARTIMINA ETİRAZ ETDİ – “Bu, kadrların yerində olmamasını göstərir”

    Bu gün ADP İdarə Heyəti ilin ilk toplantısını keçirib.
    Partiyanın mətbuat xidmətindən Muxalifet.az-a verilən məlumata əsasən, toplantıda ötən ilin 25 dekabr tarixində Azərbaycan Hava Yollarına məxsus təyyarənin Bakı-Qroznı reysini yerinə yetirərkən Çeçenistan səmasında Rusiyanın Hava Hücumundan Müdafiə Qüvvələri tərəfindən vurulmasına görə Qazaxstanın Aktau şəhərinin yaxınlığında çoxlu sayda insanın faciəli şəkildə həlak olması ilə nəticələnən qəza faktının araşdırılması ilə bağlı fikir mübadiləsi aparılıb.

    Muxalifet2 - 6-01-2025

  8. İVANİŞVİLİNİN, YOXSA XALQIN PREZİDENTİ? - Gürcüstanda 40 günlük etirazlar nəticə verəcək?

    2025-ci ilin 5 yanvar tarixində Tiflisdə və Gürcüstanın iri şəhərlərində hökumət əleyhinə etiraz aksiyaları davam etdirilib. Bəlli olduğu kimi, aksiya iştirakçıları yeni parlament seçkilərinin keçirilməsini tələb edirlər.
    Xatırladaq ki, Gürcüstanda davamlı etirazlar baş nazir İrakli Kobaxidzenin 2024-cü il noyabrın 28-də ölkənin Avropa İttifaqına üzvlüyü ilə bağlı danışıqların başlanmasına baxılmasının 2028-ci ilə qədər dayandırılması qərarını elan etməsindən sonra başlayıb.

    Muxalifet2 - 7-01-2025

  9. ​HƏYATININ QROSSMEYSTERİ – Sərdar Cəlaloğlu yazır

    Servantesin vaxtilə dediyi “həyat - şahmat partiyasıdır” fikri həqiqətdirsə, onda hər bir adam bu partiyada oyunun taleyini həll edən yeganə qrossmeysterdir... Və hər bir adamın həyatının dəyəri öz partiyasını nə dərəcədə bacarıqla oynaması ilə ölçülə bilər.

    Muxalifet2 - 7-01-2025

  10. AYIBDIR... – Eldəniz Quliyev yazır

    (Tıxaclar haqqında ballada)
    Vallah, camaatımız naşükürdü...
    Başına min oyun açırlar, min hoqqaya tuş gəlir...amma hələ də "əyrini düzdən, çeşməyi gözdən" seçib-ayıra bilmir...
    Bəlkə elə buna görədir ki, məmləkətin analoqsuz inkişafını, hörmətli-izzətli hökumətimizin misilsiz fəaliyyəti və əvəzsiz humanistliyini görmür, ya görmək istəmir. Qəsdən! Eyvah!
    Guya, hökumət müəllim öz vətəndaşlarının mənafeyinə diqqət yetirmir, hüquqlarını qorumaqdan vaz keçir...

    Muxalifet2 - 7-01-2025

  11. ​“Suriyada beynəlxalq hüquq yeni və daha dəqiq yanaşmalara ehtiyac duyur” – VUSAL MEHDİYEV

    “Suriyada 2011-ci ildə başlayan daxili münaqişə beynəlxalq ictimaiyyətin diqqət mərkəzindədir. Bu münaqişə böyük humanitar böhrana səbəb olmaqla yanaşı, beynəlxalq hüququn müxtəlif aspektlərinin tətbiq olunmasını da çətinləşdirib”.
    Bu fikirləri açıqlamasında beynəlxalq hüquq üzrə ekspert  Vusal Mehdiyev deyib.

    Muxalifet2 - 7-01-2025

  12. “Bunu ya Ermənistan rəhbərliyi məhv edəcək, ya da biz” - İlham Əliyev

    “Ermənistanın silahlanması, sadəcə olaraq, yeni gərginliyə gətirib çıxaracaq. Biz bunu istəmirik. Biz sülh istəyirik”.

    Bu sözləri Prezident İlham Əliyev yanvarın 7-də yerli televiziya kanallarına müsahibəsində söyləyib.

    Ermənistanın faktiki olaraq bölgə üçün bir təhdid mənbəyi olduğuna diqqət çəkən dövlət başçısı qeyd edib ki, müstəqil Ermənistan dövləti, əslində, faşist dövlətdir. Çünki əgər bu ölkəyə 30 ilə yaxın faşist ideologiyasının daşıyıcıları rəhbərlik ediblərsə, bu ölkəni onlar elə özləri kimi də formalaşdırıblar.

    Muxalifet2 - 7-01-2025

  13. “Qarabağ”ın iki oyununa azarkeşlər buraxılmayacaqlar

    "Qarabağ” bu həftə keçirəcəyi yoxlama oyunları ilə bağlı azarkeşlərə müraciət edib.

    Bu barədə klubun açıqlamasında bildirilib.

    Qeyd edilib ki, komandanın yanvarın 9-u "Kəpəz", yanvarın 12-i isə "Zirə" ilə keçirəcəyi yoldaşlıq görüşləri yalnız media nümayəndələri (PFL-in media vəsiqəsi ilə) üçün açıq olacaq. 

    Hər iki görüş azarkeşlər üçün qapalı keçiriləcək. Matçların canlı yayımlanması nəzərdə tutulmur.

    Muxalifet2 - 7-01-2025

  14. Bakı metrosunda sərnişin relslərin üstünə yıxıldı - Qatarların hərəkəti dayandı

    Bakı Metropoliteninin “Ulduz” stansiyasında qatar platformaya daxil olan zaman sərnişin relsin üzərinə düşüb.

    Bu barədə “Qafqazinfo”ya “Bakı Metropoliteni”QSC-nin mətbuat xidmətindən məlumat verilib.

    İlkin məlumata əsasən, hadisə nəticəsində sərnişin ağır xəsarət alıb.

    Stansiyada dərhal təhlükəsizlik tədbirləri həyata keçirilib, təmas relsindən yüksək gərginlik çıxarılıb və təcili tibbi yardım xidməti əraziyə çağırılıb.

    Hadisə nəticəsində hərəkət cədvəlində müəyyən gecikmələr yaranıb.

    Muxalifet2 - 7-01-2025

  15. Oleq Bakinski işində yenilik: Bir həftə önə çəkildi

    Azərbaycanda xuliqanlıqda ittiham olunaraq həbs edilən ukraynalı milyonçu, kriminal aləmdə “Oleq Bakinski” ləqəbi ilə tanınan Oleq Krapivin barəsində olan cinayət işi üzrə məhkəmənin vaxtı dəyişib.

    Cinayət işi üzrə məhkəmənin hazırlıq iclası yanvarın 10-na təyin olunub.

    İşə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elnur Nuriyevin sədrliyi ilə baxılacaq.

    Muxalifet2 - 7-01-2025

  16. Paşinyandan Mirzoyana göstəriş: Qarabağla bağlı sənədlər...

    Ermənistan Baş naziri Nikol Paşinyan xarici işlər naziri Ararat Mirzoyana Qarabağ danışıqları ilə bağlı sənədlərin inventarlaşdırılmasını tapşırıb.

    Bu barədə Paşinyanın ofisi məlumat yayıb.

    Məlumata görə, baş nazir Nikol Paşinyan Mirzoyana Qarabağ danışıqları ilə bağlı Xarici İşlər Nazirliyində olan sənədlərin inventarlaşdırılması haqda göstəriş verib. Bu materialların dərc olunub-olunmaması məsələsinə Ermənistanın dövlət təhlükəsizliyi maraqları nəzərə alındıqdan sonra icazə verilə bilər.

    Muxalifet2 - 7-01-2025

  17. Karasev bir prezidenti təhqir edə bilirsə, Putini də... - Məmmədov

    Əgər Vladimir Karasev heç bir nəticə ilə üzləşmədən xarici dövlət başçısını təhqir edə bilirsə, onun Rusiya rəhbərliyinə də qarşı belə ünsiyyət tərzindən istifadə edəcəyi günün uzaqda olmadığını ehtimal etmək olar.

    Bunu Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuranın sədri Amin Məmmədov Rusiya Federasiyasının İctimai Palatasının Koordinasiya Şurasının üzvü, politoloq Vladimir Karasevin sözlərinə münasibət bildirərkən deyib.

    Muxalifet2 - 7-01-2025

  18. “ALİ TƏHSİLLİ QIZIMA XADİMƏ İŞİ TƏKLİF OLUNUR” – Yevlax sakini Dövlət Məşğulluq Agentliyindən şikayətçidir

    Yevlax rayon sakini Yusibov Sadiq Binnət oğlu tərəfindən redaksiyamıza şikayət məktubu daxil olub. Şikayətçi bildirir ki, qızı 2010-2018-ci illərdə Mingəçevir Dövlət Universitetinin həm bakalavr, həm də magistr pilləsini fərqlənmə diplomu ilə bitirsə də, indiyədək iş tapa bilmir:

    Muxalifet2 - 8-01-2025

  19. “DEMƏK, ADAMIN VARSA, OĞURLUQ ETMƏK OLAR?!” – Sədərək sakini pulunu oğurlayan qadına cəza verilməməsinə etiraz edir

    Naxçıvan MR, Sədərək rayon sakini Fətəliyev Gündüz Məmmədvəli oğlu tərəfindən redaksiyamıza şikayət daxil olub. G.Fətəliyev ona məxsus pulu və qiymətli əşyanı oğurlayan qadının cəzasız qalmasından şikayətçidir:

    Muxalifet2 - 8-01-2025

  20. “Şikayət etdiyim üçün icra başçısı məni 8 sutka həbs etdirdi” - BƏRDƏ SAKİNİNDƏN ŞOK İDDİA

    Bərdə şəhəri, Heydər Əliyev prospekti, ev 48-də yaşayan Hüseynova Sevinc Nəriman qızı tərəfindən redaksiyamıza şikayət məktubu daxil olub. Saytımız vasitəsilə Prezident İlham Əliyevə müraciət edən şikayətçinin məktubunu olduğu kimi dərc edirik:
    “Cənab Prezident!

    Muxalifet2 - 8-01-2025

Pages