Axtarış

The search found 105700 results in 0.033 seconds.

Search results

  1. "Kanal13"ün rəhbəri ilə bağlı sifarişli məhkəmə hökmü...

    "Kanal13" internet televiziyasının rəhbəri Əziz Orucovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

    Səbail Rayon Məhkəməsinin hakimi Günel Səmədovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

    Hökmə əsasən, o, iki il müddətə azadlıqdan məhrum edilib.

    Qeyd edək ki, dövlət ittihamçısı Əziz Orucovun iki il altı ay müddətə azadlıqdan məhrum edilməsini istəyib.

    Muxalifet2 - 26-02-2025

  2. “Quska”ya hökm oxundu

    Cinayət yolu ilə qazanılmış pulların leqallaşdırılmasında ittiham olunan keçmiş deputat Hüseyn Abdullayevin məhkəmə araşdırması yekunlaşıb.

    “Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən sonuncu iclasda hökm oxunub.

    Vəkillər Cavad Cavadov və Günay İsmayılova müdafiə çıxışlarında, Hüseyn Abdullayev son sözündə bəraət istəyiblər.

    Azər Tağıyevin sədrlik etdiyi məhkəmə tərkibi belə qənaətə gəlib ki, “Quska”ya verilmiş ittiham məhkəmə istintaqı ilə təsdiqini tapıb. 

    Hökmə əsasən, “Quska” 9 il azadlıqdan məhrum edilib.

    Muxalifet2 - 27-02-2025

  3. “Azəriqaz”ın SOY(uqdan) QIRIMI, məhkəmənin VƏKİLLİYİ

    17 ildir Qarabağ qazisnin qazdan istifadəsinə qadağa qoyulub
    Bakının Nizami rayonunda 1-ci dərəcəli Qarabağ əlilinə 17 il qabaq Heydər Əliyev Fondunun dəstəyi ilə tikilən qeyri-yaşayış sahəsinin KOMBİ sistemi ilə qızdırılmasına “Azəriqaz” İB 17 ildir qanunsuz qadağa qoyub. Başlıca qanunsuzluq sayğacla təchizatın,  quraşdırılmasının məişət abonenti əlilin hesabına həyata keçirilməsi, hətta abonent razı olsa da, xidmətdən qərəzlə imtina edilməsidir.

    Muxalifet2 - 27-02-2025

  4. Deputat Razi Nurullayevin xanımı və qardaşları fəhlələrin pulunu mənimsəyib - ŞOK İTTİHAMLAR

    İmişli rayon sakini Şirinov Nadir Adış oğlu tərəfindən redaksiyamıza şikayət məktubu daxil olub. Şikayətçi saytımız vasitəsilə “Mənim və digər işçilərin pulunu verin”, - deyə “Azstroy” tikinti şirkətinin qeyri-rəsmi sahibi, deputat Razi Nurullayevə, qardaşları Hacı Hasil və Hüseynə, eləcə də deputatın həyat yoldaşı Könül xanıma müraciət edir:
    “Mən, Şirinov Nadir Adış oğlu və 8 nəfər usta, 2023-cü il aprel ayında tikinti işi üçün Laçın şəhərinə getmişik. Orada evlərin tikintisi işinə baxmışıq.

    Muxalifet2 - 27-02-2025

  5. “Nar” AZTU tələbələri ilə mobil rabitə üzrə təcrübəsini paylaşmağa davam edir

    Mobil rabitə sektorunda sərfəli təklifləri ilə tanınan “Nar” telekommunikasiya mütəxəssislərini hazırlamaq istiqamətində layihələrini davam etdirir. Bu yöndə növbəti “Mobil rabitənin əsasları” təlimi Azərbaycan Texniki Universitetində (AzTU) keçirildi.

    Muxalifet2 - 1-03-2025

  6. Müəllimlərin hədiyyəsini "özünə yaraşdırmayan" direktor onları təhqir etdi - SƏSYAZISI YAYILDI / AUDİO

    Sosial şəbəkələrdə Bakı şəhəri 231 nömrəli tam orta məktəbin direktoru Lamiyə İlhamsoya aid olduğu iddia edilən səsyazısı yayılıb.

    Muxalifet.az-ın xəbərinə görə, səs yazısına əsasən belə məlum olur ki, direktor müəllimlərin ona ad günündə aldığı hədiyyəni özünə yaraşdırmadığı üçün müəllimləri təhqir edir.

      Bakı Şəhəri üzrə Təhsil İdarəsindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, məsələ ilə bağlı araşdırma aparılacaq və nəticə haqqında əlavə məlumat veriləcək.

      Muxalifet2 - 2-03-2025

    • Şəhid və Qazi anasından Prezidentə şok müraciət

      Ceyran Həsənova: “İlham Süleymanov, Azad Cəfərli kimi harınların “at oynatdıqları” ölkədə yaşamaq mümkün deyil”
      “Bu dəfə də şikayətimə müsbət cavab verilməsə, mən və oğlumun ailəsi ölkə vətəndaşlığından imtina etməyə məcbur olacağıq”

      Muxalifet2 - 3-03-2025

    • ​“Nar” ardıcıl altıncı il Müştəri Loyallığı İndeksində lider oldu

      Sərfəli internet tarifləri və münasib qiymət siyasəti sayəsində “Nar” Müştəri Loyallığı İndeksi (Net Promoter Score – NPS) üzrə 6-cı dəfə ölkənin lider mobil operatoru seçilib. Operator ümumi NPS göstəricisi üzrə lider olmaqla yanaşı, Gəncə, Xaçmaz, Sumqayıt, Abşeron və Lənkəran bölgələrində də ən yüksək nəticələri əldə edib. Respondentlərin fikrincə, ən yaxşı mobil internet və sərfəli qiymətləri məhz “Nar” təklif edir.

      Muxalifet2 - 3-03-2025

    • Azərbaycandan Zelenskiyə dəstək çağırışı

      ADP dünyanın azadlıqsevər toplumunu Ukraynanın yanında olmağa çağırdı
       

      “Trampın Zelenskiyə qarşı davranışı heç bir diplomatik normaya sığımır”
       

      Muxalifet2 - 3-03-2025

    • “Amal Group” MMC-nin maliyyə qalmaqalı – MİLYONLARLA DÖVLƏT VƏSAİTİ NECƏ TALAN EDİLİR…

      Bu şirkət Qubadlıda podratçının ödənişini niyə vermək istəmir?

      Muxalifet2 - 3-03-2025

    • "İcra başçısı deyir ki, əmlakını satıb, bizə 3 milyon 200 min manat verməlisən" - ZƏRDABIN RƏHBƏRİ HAQDA ŞOK İTTİHAMLAR / FOTO

      Şirvan şəhər sakini Həsənov İlham Böyükkişi oğlu tərəfindən redaksiyamıza şikayət məktubu daxil olub. Şikayətçi saytımız vasitəsilə Prezident İlham Əliyevə müraciət edir:
      "Hörmətli Prezident!
      Mən, Həsənov İlham Böyükkişi oğlu, yazaraq Sizdən kömək gözləyirəm. Bilirəm ki, bu müraciətim sizə çatsa, başıma açılan bu haqsızlıqlara son veriləcək.
      20 ildir YAP-ın üzvüyəm. Həmçinin, 2015-ci ildən Dövlət Məşğulluq Agentliyindədə iş növbəsindəyəm. 

      Muxalifet2 - 4-03-2025

    • Səsyazısı yayılan məktəb direktoru vəzifəsindən azad olundu - AUDİO

      Bakıda məktəb direktoru fəaliyyətindəki nöqsanlara görə işdən azad olunub.

      Bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən bildirilib.

      Məlumata görə, Bakı şəhəri 231 nömrəli tam orta məktəb direktorunun müəllimlərə qarşı davranışı və səs yazısı ilə bağlı araşdırma aparılıb. Araşdırma nəticəsində fəaliyyətində yol verdiyi nöqsanlara görə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin müvafiq əmri ilə təhsil müəssisəsinin direktoru vəzifəsindən azad edilib.

      Muxalifet2 - 4-03-2025

    • ŞİRKƏT RƏHBƏRİ NAZİRLİKDƏN PREZİDENTƏ ŞİKAYƏT ETDİ... – Müraciət

      Hüquqi ünvanı Sumqayıt şəhəri, 9-cu mikrorayon, ev 48, mənzil 40-da yerləşən, yanğından mühafizə sistemlərinin və vasitələrinin quraşdırılması, o cümlədən texniki xidmət və təmir işlərini həyata keçirən “Yanğın.az” MMC-nin rəhbəri Aslanov Elşən Hüsü oğlu tərəfindən redaksiyamıza şikayət məktubu daxil olub. Qəzetimiz vasitəsilə Prezident İlham Əliyevə müraciət edən şikayətçinin məktubunu olduğu kimi dərc edirik:
      “Möhtərəm Prezident!

      Muxalifet2 - 4-03-2025

    • Fuad Nağıyev 9.8 milyonu dörd şirkət arasında bölüşdürüb

      Məlum olduğu kimi, son günlər Dövlət Turizm Agentliyi (DTA) ətrafında qalmaqal baş verir. “Tribunainfo” xəbər verir ki, qurumun sədri Fuad Nağıyev bir neçə gün əvvəl şiddətli töhmət almışdı.

      Qeyd edək ki, bu töhmətə səbəb Fuad Nağıyev və Turizm Agentliyinin Aparat rəhbəri Kənan Qasımovun bəzi məlumatları gizli şəkildə xarici təşkilatlara ötürmələri olub.

      Muxalifet2 - 6-03-2025

    • "Banka qoyduğum 300 min dollar yoxa çıxıb" - ŞİKAYƏT

      Bakı şəhər sakini Rüfət Razim oğlu Əsgərov 2008-ci ilin iyun ayında “MuğanBank”a (lisenziyası 2023-cü ildə ləğv edilib) yerləşdirdiyi əmanətin yoxa çıxdığını iddia edir.

      R.Əsgərov “Qafqazinfo”ya bildirib ki, illər əvvəl banka qoyduğu 300 min dollar pulu və faizlərini geri ala bilmir:

      Muxalifet2 - 6-03-2025

    • Xətaidə sürətlənən qanunsuz tikintilər – İcra başçısı rayonu dostlarına “peşkəş“ edib

      Prezident İlham Əliyev cənablarının sərəncamı ilə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin səlahiyyətlərinin artırılmasından sonra paytaxta aparılan tikintilərin normativ qaydalara uyğunlaşması, Bakı şəhərinin ümumi Baş planı ilə əlaqələndirilməsi istiqamətində mühüm addımlar atıldı.

      Muxalifet2 - 6-03-2025

    • Nadir İsmayılovun 5, 4 milyon manatlıq hesabına həbs qoyuldu

      “Zaminbank” ASC-nin (red.-fəaliyyəti dayandırılıb) məhkum edilmiş sədri Nadir İsmayılovun Böyük Britaniyadakı bank hesabında 2,5 milyon funt-sterlinq (5,4 milyon AZN) aşkar edilib və bank hesabına həbs qoyulub.

      Qeyd edək ki, N.İsmayılov 2004-2016-cı illərdə “Zaminbank”ın sədri olub.

      Muxalifet.az xəbər verir ki, mənimsəmə, dələduzluq və digər cinayətlərdə təqsirli bilinən İsmayılov 10 il azadlıqdan məhrum edilib.

      Muxalifet2 - 6-03-2025

    • Hicran Hüseynovanın dəstəyi ilə qanunsuz tibbi xidmət və "yasak aşk"- BİABIRÇILIQ

      Bir müddət əvvəl sizə "N-Laz" klinikası haqqında danışmışdıq. Əslində təcrübəmizə güvənərək düşündük ki, xəbərdən dərhal sonra klinika rəhbəri Natiq Məmmədov sağlamlıq ocağına "əl gəzdirərək" sənət-sünətsiz "həkimləri" ətrafından təmizləyər. Amma sən saydığını say, gör fələk nə sayır...

      Muxalifet2 - 8-03-2025

    • Abşeronda qanunsuz obyekt tikintisi QALMAQAL YARATDI - Bina sakinləri qarşı etirza qalxdı / FOTO

      Abşeron icra hakimiyyətinin başcısının xeyir – duası ilə, Xırdalan şəhərində hündürmərtəbəli binanın həyətinin obyekt yeri olaraq satılması ilə bağlı məlumat vermişdik.

      Bildirək ki, xəbər saytda yayınlanandan sonra qanunsus obyekt üçün qazılan katlavan kənardan daşınan torpaqla təcili dolduruldu. Həmin hadisədən bir neçə gün sonra yəni bu gün səhərdən bu dəfə qanunsuz obyektin inşasına başlanılıb.

      Bu barədə hadisə yerində olan əməkdaşımız Paytaxt.org-a məlumat verib.

      Muxalifet2 - 8-03-2025

    • FUAD ƏLƏSGƏROV DAHA O TƏDBİRLƏRƏ QATILMIR... - “Köhnə qvardiya”nın etibarlı siması haradadır?

      Prezidentin köməkçisi, Prezident Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov uzun müddətdir ictimaiyyət arasında görünmür. Onun səhhətində ciddi problemlər olduğu, bir müddət əvvəl əməliyyat keçirdiyi barədə məlumatlar var. Prezidentin köməkçisi son bir il ərzində hüquq-mühafizə orqanlarında keçirilən mühüm tədbirlərdə də iştirak etmir.

      Muxalifet2 - 9-03-2025

    Pages