Axtarış
The search found 105700 results in 0.038 seconds.
Search results
Rusiya ilə yüksəksəviyyəli danışıqlar üçün hələ tezdir - Marko Rubio
ABŞ Dövlət Katibi Marko Rubio Rusiya ilə yüksəksəviyyəli danışıqları gözləməyin vaxtının hələ yetişmədiyini bildirib.
APA xəbər verir ki, Rubio keçirdiyi mətbuat konfransında müxbir ABŞ-nin Rusiya və Ukrayna ilə Səudiyyə Ərəbistanında aparılan müzakirələrdən sonra Moskva ilə yüksək səviyyəli danışıqlarının vaxtının çatıb-çatmadığını soruşub.
Rubio qeyd edib ki, hazırkı məhələdə əsas texniki səviyyədə irəliləyiş əldə edilməsidir.
Muxalifet2 - 28-03-2025
Tələbə qız atasının məzar başında intihar edibmiş - GƏNCƏDƏ ŞOK HADİSƏ / YENİLƏNİB
Bir neçə gün öncə Gəncə şəhərində intihar edən 21 yaşlı Nüşabə Məmmədovanın ölümünün bəzi təfərrüatları məlum olub.
Muxalifet.az teleqraf.az-a istinadən xəbər verir ki, Gəncə Dövlət Universitetinin tələbəsi olan qız atasının məzarını ziyarət edib.
Orada sirkə turşusu içən Nüşabə Məmmədova ağır vəziyyətdə xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı cinayət işi açılıb, istintaq gedir.
Muxalifet2 - 28-03-2025
Beyləqan icra başçısı xoruz döyüşdürdü? – Əziz Əzizovdan şok addım
Beyləqan Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə cari ilin 18 mart tarixində rayon stadionunda Novruz şənliyi keçirilib. Bununla bağlı icra hakimiyyətinin rəsmi saytında yer alan fotolardan da görünür ki, şənlik əsnasında xoruz döyüşü keçirilib, icra başçısı və digər rayon yetkililər maraqla bu səhnəni seyr edib. (https://beyleqan-ih.gov.az/az/news/beyleqanda-novruz-bayrami-boyuk-cosgu... ).
Muxalifet2 - 28-03-2025
Yasamalda sakinlərin olduğu evi uçuran şirkət bağlana bilər - VƏKİLDƏN AÇIQLAMA
Paytaxtın Yasamal rayonu Alatava ərazisində aparılan söküntü işləri ilə əlaqədar vəkil Vamiq Şükürov öz sosial şəbəkə hesabında məlumat paylaşıb. Avtosfer.az-ın məlumatına görə, vəkil bildirir ki, içərisində sakinlər olduğu halda yaşayış sahəsinin sökülməsi çox ciddi hüquq pozuntusudur və haqlı olaraq cəmiyyətdə böyük bir rezonans doğurdu. "Sosial şəbəkələrdən görünür ki, evi sökülən şəxslər və izləyicilər çox naharat olub. Cəmiyyətin açıq şəkildə narahat olması başa düşüləndir.
Muxalifet2 - 28-03-2025
Sumqayıtda yarım milyonluq avtomobillə "protiv" sürdü... - ANBAAN GÖRÜNTÜLƏR
Sumqayıt şəhərini Saray qəsəbəsi ilə birləşdirən körpüdə avtomobil əks yola çıxaraq yüksək sürətlə hərəkət edib.
Muxalifet.az oxu.az-a istinadən xəbər verir ki, hadisə axşam saatlarında qeydə alınıb.
Belə ki, 10-ZY-100 dövlət qeydiyyat nişanlı, təxminən 500 min manatlıq "Range Rover" markalı avtomobilin sürücüsü manevrlər edərək digər hərəkət iştirakçılarına təhlükə yaradıb.
Həmin görüntüləri təqdim edirik:
Muxalifet2 - 28-03-2025
Yarım milyonluq maşınla riskli manevrlər edən sürücü SAXLANILDI - VİDEO
Sumqayıt şəhərini Saray qəsəbəsi ilə birləşdirən körpüdə əks yola çıxaraq yüksək sürətlə hərəkət edən avtomobilin sürücüsü ilə bağlı tədbir görülüb. Belə ki, sürətlə hərəkət edən 10-ZY-100 dövlət qeydiyyat nişanlı "Range Rover" markalı avtomobilin sürücüsü Z.İbrahimov polis əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıb.
Muxalifet.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin DİN Mətbuat Xidmətindən məlumat verilib.
Məlumatda qeyd olunub ki, sözügedən avtomobil duracağa yerləşdirilib: "Faktla bağlı araşdırma aparılır".
Muxalifet2 - 29-03-2025
İstanbulda 2,2 milyon insan İmamoğlunun həbsinə ETİRAZ ETDİ - FOTO
İstanbulun Maltepe rayonunda İstanbul Böyükşəhər Bələdiyyəsinin həbs olunan sədri Əkrəm İmamoğluya dəstək mitinqi keçirilib.
“Qafqazinfo” “NTV Türkiyə”yə istinadən xəbər verir ki, aksiyada iştirak edənlərin sayının 2,2 milyon nəfər olduğu deyilir.
Vətəndaşlar əllərində Türkiyə bayraqları ilə mitinqə qatılıblar. Mitinq zonasının müəyyən nöqtələrində nəhəng ekranlar və səs sistemləri qurulub.
Mitinqdə qurulan kürsüyə Əkrəm İmamoğlunun anası, atası, bacısı, həyat yoldaşı və oğulları birlikdə çıxıblar.
Muxalifet2 - 29-03-2025
Paşinyanın deputatı mandatdan imtina etdi – Jurnalisti təhqir etmişdi...
Ermənistanda hakim “Vətəndaş müqaviləsi” fraksiyasının deputatı Vilen Qabrielyan deputat mandatından imtina edib.
Erməni mediası xəbər verir ki, Qabrielyan ötən bazar günü Gümrüdə özü ilə bağlı insidenti “Ermənistan parlamentinin deputatına yaraşmayan davranış” hesab edib.Muxalifet2 - 1-04-2025
“Bunu edə bilərəm” – Tramp Putinlə bağlı “b” planını açıqladı
Seçki kampaniyası zamanı “müharibəni 24 saata bitirəcəyini” iddia edən ABŞ Prezidenti Donald Tramp hələ də Ukrayna və Rusiya ilə razılığa gələ bilməyib.
Putini atəşkəslə razılaşmağa inandıra bilməyən Tramp Rusiya liderini əlavə gömrük rüsumları ilə hədələyib.
O, bəyan edib ki, Ukraynada atəşkəs olmasa, ikinci dəfə Rusiya neftinə dolayı yolla gömrük rüsumları tətbiq edəcək.Muxalifet2 - 1-04-2025
NAZİR MƏDƏT QULİYEVİN KADRLARINI İŞDƏN ÇIXARDI - Yeni təyinatlar
Müdafiə Sənayesi Nazirliyində kadr dəyişikliyi olub.
Muxalifet.az xəbər verir ki, müdafiə sənayesi naziri Vüqar Mustafayev əmr ilə qurumun iki şöbə müdiri vəzifəsindən azad olunub.
Bunlar nazirliyin Hüquq şöbəsinin müdiri İsmayıl İbrahim oğlu Kərimov və Maliyyə və uçot şöbəsinin müdiri Nadim Buludxan oğlu Bayramovdur. Onların yerinə yeni təyinat olmayıb.Muxalifet2 - 1-04-2025
TRAMP PUTİNİN TƏKLİFİNİ RƏDD EDİB - Brifinqdə açıqlandı
“Ukraynanın idarəçiliyini Konstitusiya və xalq müəyyən edir"
ABŞ Prezidenti Donald Tramp Rusiya başçısı Vladimir Putinin Ukraynada BMT və bir sıra ölkələrin himayəsi altında müvəqqəti idarəetmənin tətbiqi ideyasını rədd edib.
Xrici KİV-lər xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Temmi Bryus son brifinqdə deyib. Bryus Trump administrasiyasının "Ukraynada tam atəşkəsə və tərəflər arasında yekun və davamlı həll üçün danışıqlara" çalışdığını söyləyib.Muxalifet2 - 1-04-2025
Ramiz Mehdiyevin qızı məhkəməni uduzdu
Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin qızı Kamilə Əliyevanın “Baku Oksford Məktəbi”nin müsadirəsi ilə bağlı verdiyi şikayət üzrə yekun qərar açıqlanıb.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Bakı Apellyasiya Məhkəməsi Kamilə Əliyevanın şikayətini əsassız sayıb.
Hakim Faiq Qəniyevin sədrlik etdiyi məhkəmə heyəti təsdiq edib ki, məktəb “Baku Steel Company”dən mənimsənilən pullar hesabına inşa olunub. Bu səbəbdən nə Kamilə Əliyeva, nə də məktəbin təsisçisi Mehriban Məmmədova əmlak üzərində mülkiyyət hüququna malikdir.Muxalifet2 - 1-04-2025
Müdafiə Nazirliyindən məhkəməyə hörmətsizlik… - QARABAĞ VETERANINA MƏĞLUB OLDU, QƏRARI YERİNƏ YETİRMİR / FOTO
Ağsu rayonu, Ləngəbiz kənd sakini Novruzov Şahin Şahı oğlu tərəfindən redaksiyamıza şikayət məktubu daxil olub. Prezident İlham Əliyevə, Ədliyyə naziri Fərid Əhmədova və İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Səbinə Əliyevaya müraciət edən şikayətçinin məktubunu olduğu kimi dərc edirik:
“Hörmətli Prezident!
Hörmətli Nazir!
Hörmətli Səbinə xanım!Muxalifet2 - 1-04-2025
SUMQAYIT BƏLƏDİYYƏSİ "QAZ VURUB, QAZAN DOLDURUR" - Hətta Bələdiyyə mülkiyyətində olan torpaqlar da qanunsuz yollarla satılır
Sumqayıt şəhər sakinləri Sədiyev Şahin Zeynal oğlu, Baxşəliyev Əkbər Əbdüləli oğlu, Gülməmmədov Sərxan Rizvan oğlu və Əhmədov Ceyhun tərəfindən redaksiyamıza şikayət məktubu daxil olub. Şikayətçilər bilirirlər ki, Sumqayıt Şəhər Bələdiyyəsinin qanunsuz əməlləri bitmək bilmir:
Muxalifet2 - 1-04-2025
Heydər Əliyev Fondu şəhid ailələrini bayramı süfrəsi arxasına topladı - VİDEO, FOTOLAR
Heydər Əliyev Fondunun dəstəyi ilə Ramazan bayramı münasibətilə tədbir keçirilib.
Muxalifet.az xəbər verir ki, şəhid ailələrinin iştirak etdiyi bayram süfrəsində “Qurani-Kərim”dən ayələr oxunub, şəhidlərimizin ruhuna dualar edilib.
“Fire Land Group”un “Mənim oğlum qəhrəmandır” layihəsi çərçivəsində Heydər Əliyev Fondunun və Mədəniyyət Nazirliyinin dəstəyi ilə təşkil etdiyi tədbirdə daha sonra Azərbaycanın tanınmış incəsənət xadimləri çıxış edib.
Muxalifet2 - 1-04-2025
TÜRKİYƏYƏ QARŞI OYNANILAN NÖVBƏTİ QLOBAL OYUN... - Türk dövlət ağlı İmamoğlu ilə bağlı niyə indi hərəkətə keçdi?
İstanbulda etirazlar CHP-nin nəzarətindən çıxır, qlobalçı şəbəkə İmamoğlu kartından istifadə etməyə çalışır
Ərdoğan CHP-nin üzləşdiyi fəlakətli durumdan maksimum yararlanacaq
Namiq Bilal
İstanbul meri Əkrəm İmamoğlu həbs edildi. Cümhuriyyət Xalq Partiyası (CHP) da bu həbsə etirazlarla cavab verir. Kənardan belə görünür. Pərdə arxasında isə çox böyük kürəsəl oyun gedir. Anlamağa çalışaq.
Muxalifet2 - 1-04-2025
Hacı Vəliyev həbs olunub - YENİLƏNİB
Gənc Qazilər Birliyinin sədri Hacı Vəliyev barəsində qətimkan tədbirinin seçilməsi ilə bağlı məhkəməyə təqdimat daxil olub.
APA xəbər verir ki, Xətai rayon Məhkəməsində hakim Sülhanə Hacıyevanın sədrliyi ilə keçirilən prosesdə istintaq orqanının verdiyi təqdimat təmin olunub və Hacı Vəliyev barəsində 22 gün müddətinə həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 221.3-cü və 186.1-ci maddələri ilə ittiham irəli sürülüb.
***
Gənc Qazilər Birliyinin sədri Hacı Vəliyev saxlanılıb.
Muxalifet2 - 1-04-2025
“Nar”müəllimlər üçün mobil rabitə təlimi keçib - FOTO
Sərfəli xidmətləri ilə yanaşı, sosial layihələrə də xüsusi önəm verən “Nar” Dövlət Peşə Agentliyi və “Sustainera Solutions” şirkətiylə birgə Peşə Təhsili üzrə Müəssisələrin müəllimləri üçün mobil rabitə avadanlıqlarına dair xüsusi təlim keçirib. İki gün davam edən bu təlim müəllimlərin müasir telekommunikasiya texnologiyaları barədə biliklərini artırmağa və bu sahədə praktiki bacarıqlar qazanmalarına imkan yaradıb.
Muxalifet2 - 7-04-2025
QƏHRƏMANLAR UNUDULMUR! – Aprel döyüşlərinin Şəhidi Rasim Məmmədovun xatirəsi anıldı / Fotolar
Vətənimizin ərazi bütövlüyü uğrunda canından keçən qəhrəman şəhid mayor Rasim Məmmədovun xatirəsinə həsr olunmuş anım tədbiri keçirilib. Naxçıvan Dövlət Texniki Kollecinin kollektivi tərəfindən təşkil edilən tədbir şəhidlərimizin əziz xatirəsinə dərin ehtiramın ifadəsi kimi baş tutub.
Muxalifet2 - 7-04-2025
VAY HALIMIZA... - Eldəniz Quliyev yazır
Qınamayın...
Hərdən mənə elə gəlir ki, bu xalq ağzının yolunu itirib və çörəyi qulağına yeyir. Yəni qulağına yeməsəydi, bu qədər yalan-palanları, bu qədər haqsızlıqları qulaqardına vurmazdı...Muxalifet2 - 7-04-2025