Axtarış
The search found 105700 results in 0.036 seconds.
Search results
RUSİYA ADLI BƏLAMIZ...- Nurəddin İsmayıl yazır
Dövlətlərin ərazi bütövlüyü və ya ərazi toxunulmazlığı hüququ beynəlxalq hüququn əsas ana prinsiplərindən biridir və bu prinsip 1945-ci ildə BMT Nizamnaməsinin qəbul edilməsi ilə öz hüquqi təsdiqini tapıb.
Lakin təəssüflə qeyd etməliyik ki, son 30-40 il beynəlxalq hüququn prinsip və normalarının kobud şəkildə pozulduğu, dövlətlərarası qarşılıqlı faydalı əməkdaşlığa, hörmətə əsaslanan münasibətlərin, zor, qaba güc, təhdidlə əvəzləndiyi dövr kimi yadda qaldı.
Muxalifet2 - 25-04-2025
“Azərışıq” ASC-nin sədri Tarif Şurasının səlahiyyətlərini mənimsəyib - QİYMƏTLƏRİ İSTƏDİYİ VAXT QALDIRIR...
Göyçay şəhər sakini Mirzəyev Rauf Hüseynağa oğlu tərəfindən redaksiyamıza şikayət məktubu daxil olub. Şikayətçinin müraciətini olduğu kimi dərc edirik:
“Mən, Mirzəyev Rauf Hüseynağa oğlu, xahiş edirəm ki, yazdıqlarımı ictimailəşdirəsiniz.
Muxalifet2 - 25-04-2025
GENERAL ƏBİYEVİN "SİRLİ" SUSQUNLUĞU... - Keçmiş nazir topdağıtmaz sərvətini qorumağın “yolunu” tapıb...
Bu il yanvarın 27-də 75 illik yubileyini qeyd edən Azərbaycanın keçmiş müdafiə naziri, general-polkovnik Səfər Əbiyev uzun müddətdir ictimaiyyət arasında görünmür. Maraqlıdır, 18 il (1995-2013) nazir postunu tutmuş Əbiyev 44 günlük müharibə dövründə, Qarabağda keçirilən antiterror əməliyyatı zamanı da susmağa üstünlük verdi.
Muxalifet2 - 25-04-2025
Əvəz Zeynallının azad edilməsi ilə bağlı Prezident İlham Əliyevə TƏŞƏKKÜR EDİLDİ
Xəbər verdiyimiz kimi, aprelin 14-də bir qrup hüquq müdafiəçisi, media nümayəndələri və ictimai-siyasi xadimlər "Xural" televiziyasının rəhbəri Əvəz Zeynallının sağlıq durumu ilə bağlı Prezident İlham Əliyevə müraciət etmişdilər.
Muxalifet.az xəbər verir ki, bu müraciətdən təxminən 10 gün sonra Əvəz Zeynallı azadlığa buraxıldı.
Belə ki, bu gün "Xural” internet telekanalının 9 il azadlıqdan məhrum edilən rəhbəri Əvəz Zeynallının səhhətinə görə həbsdən azad edilməsi ilə bağlı müraciətə baxılıb.
Muxalifet2 - 25-04-2025
Baba Rzayev "Azərenerji"dən GÖNDƏRİLİR?
“Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin (ASC) Nizamnaməsi təsdiq edilib. Müvafiq qərar Baş nazir Əli Əsədov tərəfindən imzalanıb. Sənədə əsasən, cəmiyyətin nizamnamə kapitalı 2.6 milyard manatdır.
Muxalifet.az xəbər verir ki, yeni nizamnamədə qurumun strukturunda da dəyişiklik edilib.
Muxalifet2 - 25-04-2025
İcra başçısının dayısı oğlundan şok addım: 5 milyon dolları ələ keçirdi
Bir neçə iş adamına qarşı külli miqdarda dələduzluq edən Quliyev Zəfər Bayram oğlu ilə bağlı yeni faktlar üzə çıxıb.
“Unikal”ın əldə etdiyi məlumata görə, Türkiyədə və Rusiyada biznes fəaliyyəti ilə məşğul olan bir neçə azərbaycanlı iş adamından 5 milyon dollar pulu dələduzluq yolu ilə ələ keçirən Zəfər Quliyev qanunsuz əməllərini hələ də davam etdirir. Belə ki, o, hazırda Türkiyədə müəyyən kriminal qruplaşmalara söykənərək Qasım və Osman adı ilə analoji fəaliyyət göstərir.
Muxalifet2 - 26-04-2025
Deputat oğlu 300 min manata yaxın vergi borcunu niyə ödəmir?
"Crystal Group of Companies” ASC-nin tərkibinə daxil olan “Crystal Beton” QSC-nin dövlətə külli miqdarda vergi borcu üzə çıxıb.
Deputatın oğlunun şirkəti 300 min manata yaxın vergi borcunun niyə ödəmir?-Rəsmi araşdırma
Məlumata görə sözügedən MMC-nin hazırki vergi borcu 290948.39 AZN-dir.
“Crystal Group of Companies” ASC “YAŞAT” Fonduna pul vəsaiti köçürüb
Muxalifet2 - 26-04-2025
Mütəllim Rəhimov Ədalət Partiyasından uzaqlaşdırıldı - MƏCLİS QƏRAR VERDİ / FOTO
26.04.2025-ci il tarixində Ədalət Partiyası Ali Məclisinin növbəti açıq iclası keçirilmişdir.
Muxalifet2 - 28-04-2025
HEYDƏR ƏLİYEVİN POSTERİNİ SÖKDÜRDÜ, YERİNDƏ OBYEKT TİKDİRDİ... – İcra hakimiyyəti Vüqar Sədibəylinin qanunsuz tikinti apardığını təsdiqlədi
“AAAF Park” Yaşayış Kompleksinin girişindəki Ümummilli Lider Heydər Əliyevin posterinin və dövlət atributları olan guşənin sökülərək yerində inşa edilən obyektdə bağlı məlumat vermişdik. Bildirmişdik ki, iş adamı, qanunsuz inşa edilən obyektin sahibi Vüqar Sədibəyli Heydər Əliyevin posteri və dövlət atributlarını sökdürərək maşın dayanacağına yerləşdirib.
Muxalifet2 - 28-04-2025
SUMQAYITDA “BESETKA” ŞOUSU... - Yüksək vəzifəli şəxslər “dominoxana” açılışına qatıldılar / VİDEO
Bu videosüjet ilk qarşımıza çıxanda düşündük ki, zarafatdır. Sonra gördük ki, yox, həqiqətdir və bir daha anladıq ki, Azərbaycan reallığında, bəzi vəzifəli şəxslərin timsalında primitivliyin, geridəqalmışlığın, görməmişlyin sərhədi, ucu-bucağı yoxmuş...
Muxalifet2 - 28-04-2025
İNTERPOL MAKRONUN MÜHAFİZƏ RƏİSİNİ AXTARIŞA VERDİ – DTX-nın sorğusu əsasında...
İNTERPOL Baş Katibliyi uzun prosedurdan sonra ümumi qərarla Fransa vətəndaşı Aleksandr Benallanın axtarışını əsaslı hesab edərək 2025-ci ilin aprel ayında “Red Notice” (“Qırmızı Bülleten”) ilə beynəlxalq axtarışa daxil edib və bu barədə bütün üzv dövlətlərə bildirişlər göndərib. Qərarın əsası Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətində istintaqı aparılan cinayət işi üzrə 2024-cü ildə verilmiş hüquqi sorğu olub.
Muxalifet2 - 28-04-2025
Gözdən əlilin pensiyası Ədliyyə Nazirliyinin sərəncamı ilə kəsilib?!
Beynəlxalq Bank icra məmurunun dələduzluğunu Konstitusiyadan üstün tutur
1-ci dərəcəli gözdən əlil Bədəlov Zahid Xanmalı oğlu pensiyasının tam kəsilməsini dərman alanda kartının “boş” olmasından bilib. Pensiya ödəyən orqan – DSMF pensiyanın tam köçürüldüyünü, vasitəçi Azərbaycan Beynəlxalq Bankı (ABB) isə Ədliyyə Nazirliyinin Xətai icra şöbəsinin sərəncamı ilə təyinatı üzrə əlilin kartına yox, adını demədiyi icra məmuruna ödənildiyini bildirib.Muxalifet2 - 28-04-2025
“BUNLAR MƏNİ ÜZVLÜKDƏN ÇIXARA BİLMƏZLƏR” - Mütəllim Rəhimli: “Bu yığıncağın partiya ilə heç bir əlaqəsi yoxdur”
Saytımızda dərc olunan “Ədalət Partiyasının Ali Məclisi toplandı - MÜTƏLLİM RƏHİMOV PARTİYA ÜZVLÜYÜNDƏN XARİC EDİLDİ” sərlövhəli yazıya qarşı tərəfdən reaksiya verilib. Ədalət Partiyası sədrinin müavini Mütəllim Rəhimli bildirib ki, onu “üzvlükdən xaric edən” toplantının partiya ilə heç bir əlaqəsi yoxdur. M.Rəhimlinin mövqeyini olduğu kimi dərc edirik:
Muxalifet2 - 28-04-2025
“Nar”ın sərfəli xidmətləri indi Bakı hava limanında
Sərfəli rabitə xidmətləri ilə tanınan “Nar” indi Heydər Əliyev Beynəlxalq Aeroportunda abunəçilərinə xidmət göstərir. Yeni fəaliyyətə başlayan “Nar” satış mərkəzi həm yerli vətəndaşlara, həm də ölkəmizə gələn turistlərə rahat şəkildə mobil xidmətlərə çıxış imkanı yaradır.
Muxalifet2 - 28-04-2025
Düşüncədən başladılan işğal – SƏRDAR CƏLALOĞLU YAZIR
Qurani-Kərimdə Allah-təala buyurur: “Dərilərinizin və dillərinizin müxtəlifliyi Onun dəlillərindəndir”. Bu ayə sübut edir ki, dil və dillərin müxtəlifləşməsi Allahın varlığının bir sübutudur. Məhz buna görədir ki, Allahın tək bir doğru yolu olan İslam dini müxtəlif dillərdə danışan xalqlara müxtəlif dillərdə - “Tövrat” və “Zəbur” qədim ivrit dilində, “Quran” ərəb dilində nazil edilmişdir.
Muxalifet2 - 28-04-2025
“Putinin təcavüzünün qarşısını alın!” - Dünya dövlətlərinə MÜRACİƏT
ADP Rusiyanın Ukraynanın ilhaqına yönəlmüş qanlı müharibəni davam etdirməsindən narahatdır
ADP İdarə Heyətinin ölkə və beynəlxalaq aləmdə baş verən ictimai-siyasi proseslərə dair növbəti toplantısı keçirilib.
Partiyanın mətbuat xidmətindən Muxalifet.az-a verilən məlumata əsasən, toplantı iştirakçıları ilk növbədə ölkə prezidenti İlham Əliyevin Çin Xalq Respublikasına səfəri ətrafında müzakirə aparıb.Muxalifet2 - 28-04-2025
Abşeron RMX-nın direktoru bacısını baş həkim təyin edib?
Abşeron Rayon Mərkəzi Xəstəxanasının (RMX) direktoru Səkinə Sadıxovanın öz bacısı Sədaqət Əfəndini Masazır Ailə Sağlamlıq Mərkəzinə baş həkim təyin etməsinə dair iddialar yayılıb. Qeyd edək ki, Sumqayıt tibb Mərkəzinin direktoru və TƏBİB rəhbərinin müşaviri işləmiş Səkinə Sadıxova bu sahədə tanınan personadır. Onun haqqında zaman-zaman müxtəlif xarakterli xəbərlər mediada dərc olunub.
Muxalifet2 - 29-04-2025
Göyçaylı milyarder Fərhad Əhmədovun adı səs-küylü rüşvət işində – İNTERPOL araşdırır…
Azərbaycanlı milyarder, əslən göyçaylı Fərhad Əhmədovun başı növbəti qalmaqaldadır. Bu dəfə milyarderin adı külli miqdarda rüşvət vermə işində keçir.
Muxalifet.az-ın xəbərinə görə, Fərhad Əhmədovun adı qarışan məsələ ölkə hüdudlarını aşmaqdadır. Odur ki, məsələyə İNTERPOL qarışmalı olub.
Muxalifet2 - 29-04-2025
Aydın Ağabəyov Latviyada beynəlxalq mükafata layiq görüldü - VİDEO, FOTO
Azərbaycan Kikboksinq Federasiyasının hakimlər kollegiyasının sədr müavini, WAKO kateqoriyalı hakim Aydın Ağabəyov 26-27 aprel 2025-ci il tarixində Latviyanın paytaxtı Riga şəhərində keçirilən beynəlxalq kikboksin çempionatı WAKO "2025 LATVİA OPEN" ədalət təmsilçisi kimi dəvət olunub.
Muxalifet.az xəbər verir ki, Aydın Ağabəyov turnirdə verdiyi ədalətli qərarlarına görə ən fəal hakim mükafatına layiq görülüb.
Aydın Ağabəyova mükafatı Latviya Kikboksinq Federasiyasının prezidenti Darja Strutinska təqdim edib.
Muxalifet2 - 29-04-2025
Bu rayonun başçısından ağlasığmaz saxtakarlıq: Görün bir ərazini neçə şirkətə satıblar - FOTOFAKT
Nərimanov Rayon İcra Hakimiyyəti Nərimanov rayonu Təbriz, Həsənoğlu və A.M.Cümə küçələrinin kəsişməsində yerləşən torpaq sahəsini eyni anda iki şirkətə satıb.
Muxalifet.az xəbər verir ki, bununla bağlı "Star City Construction" MMC şirkəti tərəfindən Publika.az-a şikayət ərizəsi daxil olub.
Muxalifet2 - 29-04-2025