AZAL İsrailə uçuşları artırır
16-10-2018 20:05
Baxış sayı:
4192

"Azərbaycan Hava Yolları” QSC (AZAL) Tel-Əvivə olan reyslərinin sayını artırır.
AZAL-dan bildirilib ki, dekabrın 6-dan etibarən Bakı-Tel-Əviv istiqaməti üzrə əlavə J2-021/022 reyslərinin yerinə yetirilməsinə başlanılacaq. Beləliklə, uçuşlar çərşənbə, cümə axşamı və bazar günləri yerinə yetiriləcək.