Azərbaycan müxalifəti Gürcüstandakı seçkidən nə gözləyir? - SİYASİLƏRDƏN AÇIQLAMA

Baxış sayı:
9013

Mirmahmud Mirəlioğlu: “Gürcüstandakı demokratik seçki bizlərə nümunə olmalıdır”

Pənah Hüseyn: “Regionda baş verən proseslər baxımından çox ciddi bir siqnaldır”

Taliyət Əliyev: “Gürcüstan vətəndaşları demokratik dəyərləri maddi maraqlara qurban vermədilər”

Əli Əliyev: “Vaşadzenin qalib gəlməsi bizim də mili maraqlarımıza uyğundur”

Srağagün Gürcüstanda keçirilən seçkilərin nəticələrinə görə prezident seçilmədiyi üçün iki həftə ərzində qonşu ölkədə ikinci tur baş tutacaq.

Qeyd edək ki, Gürcüstan Mərkəzi Seçki Komissiyasının açıqladığı son məlumata görə, hazırda iqtidarda olan “Gürcü arzusu” Partiyasının dəstəkldiyi Salome Zurabişvili 38,82 Vahid Milli Hərəkat Partiyasının dəstəklədiyi Qriqol Vaşadze 37,68 səs toplayıb. Keçmiş spiker David Bakradze isə 10, 97%-lə üçüncü yerdə qərarlaşıb. Yəni əsas namizəd olan S.Zurabişvili ilə Q.Vaşadze arasında elə böyük səs fərqi yoxdur. Bu, cəmi 1 faiz edir.

Onu da nəzərə çatdıraq ki, bu seçkilər Gürcüstan dövlət başçısının sonuncu birbaşa seçimi olacaq. Prezident 6 il müddətinə seçiləcək.

Gürcüstanda keçirilən prezident seçkiləri ölkəmiz və orada yaşayan soydaşlarımız üçün də ciddi əhəmiyyət daşıyır. Bu baxımdan seçkilərin ikinci turu Azərbaycan cəmiyyəti, eləcə də müxalifəti tərəfindən diqqətlə izlənilir. Elə bu səbəbdən də, “Hürriyyət” qəzeti müxalif siyasilərin mövqeyini öyrənməyə çalışıb.

“Bu seçki demokratiyanın gözəl göstərcisidir”

Gürcüstanda keçirilən prezident seçkiləri ilə bağlı Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlunun sözlərinə görə, Gürcüstan bütün bölgə üzrə, yəni Azərbaycandan, Ermənsitandan fərqli olaraq demokratiyada irəlidədir: “Bu nəticələr də gözləniləndir, normaldır. Başqa cür də ola bilməz. Amma biz onların daxili işlərini, seçkilərini bilmirik. Kənardan müşahidəçi olmaq bir başqa, daxildən bütün vəziyyəti bilənlər bir başqadır. Yəni onlar özləri bu məsələni daha doğru qiymətləndirərlər. Ola bilər kimsə nəsə deyər, bu, onların öz işləridir. Amma bu seçki demokratiyanın gözəl göstərcisidir”.

“Bakradze Vaşadzeni dəstəkləyəcəksə, normal qarşılanacaq”

“Keçmiş spiker Bakradze Vaşadzeni dəstəkləyib. İkinci turda Vaşadzenin, yoxsa Zurabişvilinin qalib gəlməsi ehtimalı çoxdur” sualına M. Mirəlioğlu belə cavab verdi: “Bu, indi isti-istidir. İndi münasibət bildirmək çətindir. Keçmiş spikerin dedyi həlledicidir. Əgər o, öz tərəfdarlarını cağıracaqsa və Vaşadzeni dəstəkləyəcəksə, normal qarşılanacaq. Amma bunu indidən qiymətləndirmək tezdir. Yəqin ki, ikinci turda məsələlər daha aydın görsənəcək. Amma ona qədər vəziyyət dəyişə də, indiki bəyanatın üzərində dayana da bilərlər. Bu da onların daxili işləridir. Bu sevindirici bir məsələdir ki, Gürcüstandakı demokratik seçki bizlərə nümunə olmalıdır”.

“Rusiyanın Gürcüstana müdaxiləsi mümkün deyil”

M. Mirəlioğlu vurğuladı ki, Rusiyanın Gürcüstana müdaxilə məsələsi artıq bitib: “Artıq bu, mümkün deyil. O 2008-ci ildə Tiflisə müdaxilə dövründə özünü göstərdi, onunla da məsələ həll olundu. Yəni artıq Rusiya Gürcüstanda edə biləcəyini edib. Bundan sonra nə edəcək, planlayacaqsa, onu da Rusiya özü bilər, onu biz bilmərik. Yəqin ki, Rusiya əl çəkməz. Amma güclü müdaxilə etmək imkanları sözdən o tərəfə deyil”.

“Borçalı türklərinin taleyini nəzərə almaq lazımdır”

M.Mirəlioğlu hesab edir ki, Gürcüstan seçisinin seçiminə hörmət etmək lazımdır: “Onlar kimi seçəcəklərsə, o da doğru seçim olacaq. Mən demək istəmirəm ki, kim prezident olacaq. Mən hesab edirəm ki, bizim oradakı insanlarımıza, Borçalı türklərinə hörmətlə yanaşmaq, onların taleyini, sabahını nəzərə almaq lazımdır”.

“Bunu Azərbaycana da təsiri olacaq”

Картинки по запросу Pənah Hüseyn

Azərbaycan Xalq Partiyasının (AXP) sədri Pənah Hüseyn isə dedi ki, Gürcüstandakı seçkilər mətbuatdan aldığımız və digər informasiyalara əsaslanır: “Məsələni də təxmini söyləyirdilər. Amma hər halda regionda baş verən proseslər baxımından çox ciddi bir siqnaldır, əlamətdir və mənə gəlir ki, bunu Azərbaycana da təsiri olacaq. İki həftədən sonra nəticə necə olacaq, gözləmək lazımdır. Amma istənilən halda bu, çox ciddi baş verən proseslərin haqqında bir əlamət idi”.

“Mühüm hadisənin baş verdiyi göz qabağındadır”

“İkinci turda Vaşadzenin, yoxsa Zurabişivlinin prezident seçiləcəyini güman edirsiniz” sualına P.Hüseyn belə cavab verdi: “Mən siyasətçiyəm, proqnoz vermək istəmirəm. Amma dünən Bakradze elan etdi ki, o Vaşadzeni müdafə edəcək. Vaşadzenin şansı xeyli yüksəldi. İvanişvili və onun partiyası hansı tədbirlər görəcək? Onların xaricə meylli olan qüvvələri hansı işləri görə bilər, görəcəklərmi, izləmək lazımdır. Eyni zamanda Saakaşvili artıq dünənki çıxışlarında Gürcüstana yürüş barədə ideyanı səsləndirib, bunu təsiri nə olacaq izləmək lazımdır. İstənilən halda mühüm hadisənin baş verdiyi göz qabağındadır”.

“Gürcüstanda keçirilən demokratik seçkinin Azərbaycan müxalifətinə təsiri varmı” sualını isə P.Hüseyn belə cavablandırdı: “İnanıram ki, bunun Azərbaycan müxalifətinə də, Azərbaycanda gedən proseslərə də ancaq pozitiv təsiri var”.

“Cənubi Qafqazda demokartiyanın formalaşması üçün çox perspektivli bir hadisədir”

Похожее изображение

Azərbaycan Demokrat Partiyasının (ADP) sədr müavini Taliyət Əliyev isə qeyd etdi ki, mətbuatdan aldığı informasiyalara görə İvanişvilinin namizədi Gürcüstanda daha irəlidə gedirdi və onun qələbə çalma ehtimalı yüksək idi: “Bildiyiniz kimi, Gürcüstanın bütün iqtisadi rıçaqı İvanişvilinin əlindədir, kifayət qədər maliyyə potensialına malik olan bir şəxsdir. Bilirsiniz ki, seçkilərin də maliyyə, insan, vaxt resursları var. Bundan səmərəli istifadə etmək lazımdır. İvanişivilinin maliyyə resusrlarının çox olması nöqteyi-nəzərindən onun namizədi daha şanslı dəyərləndirilirdi. Amma nəticələr tamamilə fərqli oldu. Bu, onu göstərdi ki, Gürcüstan cəmiyyəti, vətəndaşları 2003-cü il “qızılgül” inqilabından sonra yiyələndikləri demokratik dəyərləri maddi maraqlara qurban vermədilər. Yəni insanlar burada daha çox demokratiyanı müdafiə etdi. Bu, Gürcüstan dövləti, cəmiyyəti üçün böyük bir uğurdur. Böyük ehtimalla növbəti mərhələdə məhz demokratik qüvvələrin namizədi qələbə çalacaq. Bu, onu göstərir. Hesab edirəm ki, bu seçkilər həm də Cənubi Qafqazda demokarik cəmiyyət quruculuğunun və demokartiyanın formalaşması üçün çox perspektivli bir hadisədir”.

“Saakaşvilinin müdafiə etdiyi qüvvə hakimyyət başına gələcək”

T.Əliyev hesab edir ki, Saakaşvilinin partiyasının dəstəklədiyi namizəd səs çoxluğuna görə ikinci yerdə gedirsə, digər qüvvələr də ikinci turda ona dəstək verəcəksə, o da prezident seçiləcək: “Gürcüstan cəmiyyətinin pula aldanmaması, demokratiyaya dəstək verməsi böyük ümid yaradır ki, həlledici mərhəldə Saakaşvilinin müdafiə etdiyi qüvvə hakimyyət başına gələcək”.

“Mən istəyərdim ki, Saakaşvilinin hərəkatı qalib gəlsin”

Картинки по запросу Əli Əliyev

Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev isə dedi ki, ikinci turun olması ehtimalı var idi: “Çünki hakimiyyət partiyası ilə Saakaşvilinin yaratdığı hərəkatın arasında uzun müddətdir rəqabət gedir. Ona görə də, nəticələr təxminən ehtimal olunan idi. İkinci turun taleyi keçmiş parlament sədrindən asılı olacaq. Onun yığdığı 10 faiz səs kimə tərəf istqamətlənəcəksə, həmin tərəfin qalib gələcəyi qənaətindəyəm. Mən istəyərdim ki, Saakaşvilinin hərəkatı qalib gəlsin. Çünki qonşuluğumuzda yeləşən Gürcüstanda sabitlik bizim üçün vacibdir. Fransaəsilii, hakimiyyət partiyasının qadın namizədi erməniprərəst mövqeyi ilə seçilir. Oradakı ermənilərə müxtəlif vədlər verib. Erməni lobbisinin təsiri altında olan adamdır. İkincisi də biz Saakaşvili hakimiyyəti dönəmində kifayət qədər yaxşı münasibətlərə malik olmuşuq. Saakaşavili Qərb seçimli prezident olub. Həm Ukraynadakı, həm də indki siyasi ritorikası da onun Qərbyönümlü xətti davam etdirəcəyinin əlamətlərini nümayiş etdirir. Hesab edirəm ki, Vaşadezenin qalib gəlməsi bizim də mili maraqlarımıza uyğundur”.

“Vaşadze qalib gəlməlidir”

“Keçmiş spiker Bakradze Vaşadzeni dəstəkləyəcəyini açıqlayıb. Ehtimal edirsinizmi ki, Vaşadze ikinci turda qalib gələcək” sualına Ə. Əliyev belə cavab verdi: “Fikrimcə, Vaşadze qalib gəlməlidir. Çünki keçmiş spikerin cəmiyyətdə kifayət qədər nüfuzu var. Onun bu cür rəqabət şəraitində 10 faizdən çox səs yığıması onun cəmiyyətdəki ictimai dayaqlarını nümayiş etdirir. Mən bu bəyanatdan məlumatsız idim. Sevindirci xəbərdir. Əlbəttə ki, Vaşadzenin qalib gəlməsi və Moskvayönümlü İvanişivili ailəsinin hökumətdən kənarlaşması müəyyən mənada maraqlarımıza uyğundur”.

Şamo EMİN, Hurriyyet.org