​Bank sektoru hansı vəziyyətdədir? - RƏSMİ AÇIQLAMA

Baxış sayı:
2524

Bu il oktyabrın 1-nə Azərbaycanın bank sektorunun ümumi vəziyyəti açıqlanıb. 
Muxalifet.az Maliyyə Bazarlarına Nəzarət Palatasına istinadən xəbər verir ki, ölkədə fəaliyyət göstərən 30 bankın cəmi aktivləri 29,201.8 mln. manat, kredit portfeli 11,901.4 mln. manat, cəmi öhdəlikləri isə 25,089 mln. manat təşkil edib. 
Sektorun balans kapitalı 4,112.8 mln. manat təşkil edib. 2018-ci ilin sentyabr ayı ərzində bank sektorunun aktivləri 3.8% (1,074.7 mln. manat), öhdəlikləri 4.2% (1,011.5 mln. manat), balans kapitalı isə 1.6% (63.2 mln. manat) artıb. 
Sentyabr ayında bankların kredit portfelinin dinamikasında əhəmiyyətli dəyişiklik baş verməyib. Cari ilin əvvəli ilə müqayisədə isə bank sektorunun kredit portfeli üzrə 5% (563.8 mln. manat) artım olub.
Ötən ay fiziki şəxslərin əmanətləri 2.2% (175 mln. manat) artaraq 8,114.9 mln. manat təşkil edib. Ümumilikdə, 2018-ci ilin 9 ayında fiziki şəxslərin əmanətləri 7.6% artıb.
Bank sektoru cari ilin 9 ayı ərzində 509.1 mln. manat əməliyyat mənfəəti, 171.8 mln. manat xalis mənfəət generasiya edib.
Fəaliyyət göstərən 30 bankın filiallarının sayı 511, şöbələrinin sayı 143, ATM-lərin sayı  2 479 olub. Bank  sektorunun  işçi  heyəti  sentyabr  ayında  0.8% (138 nəfər) artaraq 17 066  nəfər təşkil edib. Ümumilikdə isə cari ilin 9 ayında sektorda çalışanların sayı 5.5% (895 nəfər) artıb.