"Beşiktaş" Azərbaycanın müstəqillik gününü təbrik etdi - FOTO
18-10-2018 17:05
Baxış sayı:
7876

Türkiyənin "Beşiktaş" klubu 18 oktyabr Azərbaycanın Dövlət Müstəqilliyi günü münasibəti ilə sosial şəbəkə hesablarında təbrik statusları paylaşıb.
Muxalifet.az xəbər verir ki, Azərbaycan və Türkiyə bayraqlarının birgə paylaşıldığı şəkildə "18 oktyabr 1991. Qardaş Azərbaycanın Müstəqillik Günü mübarək olsun. Tək millət, iki dövlət" sözləri qeyd edilib.