Bir əlində bayraq,digərində sapand olan Fələstinli gənc dünyanın "Azadlıq" simvoluna bənzədildi

Baxış sayı:
5563

Anadolu Agentliyinin foto müxbiri Mustafa Hassonanın bazar ertəsi günü Qəzzaya tətbiq edilən qeyri- qanuni blokadanın qaldırılması üçün təşkil olunan nümayişlər zamanı çəkdiyi bir fotoşəkil, Fransız rəssam Delacroixin 1830-da boya ilə çəkdiyi və Fransız İnqilabını simvollaşdıran "Xalqa Yol Göstərən Azadlıq" tablosuna oxşarlığı səbəbiylə əvvəl sosial medianın, daha sonra da dünya mətbuatının gündəminə oturdu. Dünya şöhrətli "Xalqa Yol Göstərən Azadlıq" tablosunda azadlığı simvollaşdıran qadının bir əlində Fransız bayrağı, digər əlində isə süngü taxılmış bir tüfəng gözə çarpır. Hassonanın şəkli ilə Fransız rəssamın tablosunda təfərrüatların oxşarlığı diqqəti çəkir. Sözügedən fotoda 22 yaşlı Aid Əbu Əmr-in sağ əlində Fələstin bayrağı, sol əlində də sapandıyla zülmə qarşı daş atır, ətrafdan da qara tüstülər qalxır. Foto müxbirin fotosunun sosial mediada böyük rəğbət görməsindən sonra başda Al-Jazeera İngilis və BBC olmaqla, bir çox dünyaca məşhur mətbuat orqanı tərəfindən xəbərləşdirildi. Böyük maraq görən foto Fələstin müqavimətin də simvollarından biri olma yolunda irəliləyir. Olayın qəhrəmanı Fələstinli gənc Əbu Amr, agentliyin müxbirinə verdiyi açıqlamada, portretinin sosial media ilə yanaşı, dünya mediasında da geniş yer almasından dolayı çox xoşbəxt olduğunu söyləyib. Qəzzadakı minlərlə işsiz gəncdən biri olan Əbu Amr, keçirilən dinc aksiyalar sayəsində regionda İsrail embarqosunun qalxmasını və bu sayədə Qəzzada iş imkanlarının artaraq hər kəsin yaxşı bir həyat yaşamasını ümid etdiyini dilə gətirib. Qəzza sərhədində 30 martdan bu yana davam edən "Böyük Qayıdış Yürüşü" aksiyalarına davamlı olaraq qatıldığını dilə gətirən Əbu Amr, "Fransız rəssama aid lövhə ilə birlikdə mənim fotomun yayılması azadlığımızı qazanmaq üçün keçirilən aksiyalara davam etməyim məsələsində məni cəsarətləndirdi" deyib. Bayrağımı heç kim əlimdən ala bilməz Nümayişlər zamanı Fələstin bayrağını və sapandını heç bir zaman yanından ayırmadığını dilə gətirən Əbu Amr, “Fələstin bayrağını heç vaxt əlimdən buraxmaram, İsrail gülləsinə hədəf olsam da, bu bayraq əlimdə qalmağa davam edəcək” deyə söyləyib. Fələstinli gənc, ən böyük arzusunun işğal olunmuş bütün Fələstin torpaqlarını bir gün azad edildiyini görmək olduğunu dilə gətirərək, "Bir gün İsrailin işğal etdiyi Fələstin torpaqlarına bayrağımızı dikmək istəyirəm" deyə arzusunu dilə gətirib. Müxalifət.az