BMT rəsmisi: Bakının bu addımları sevindiricidir

Bilirəm ki, siz problemi sülh yolu ilə həll etməyə çalışırsınız. BMT baş katiblərindən biri qeyd etmişdi ki, sülh olmadan inkişaf mümkün deyil.
Bu sözləri Dayanıqlı İnkişafa Dair Bakı Forumu çərçivəsində “2030-cu ilədək Dayanıqlı inkişaf üçün sülhsevər və inklüziv cəmiyyətləri təşviq etmək, hamı üçün ədalət məhkəməsinə çıxış imkanını təmin etmək və bütün səviyyələrdə səmərəli, məsuliyyətli və inklüziv təşkilatlar qurmaq” mövzusunda çıxış edən BMT Baş katibinin köməkçisi Aleksandr Zuyev deyib.
“Bir çox mütəxəssis hesab edir ki, terrorizm kasıblıqdan yaranır. Məncə, əsas səbəb bununla bağlı deyil. İnsanların radikallaşması, münaqişələrin yaranması, insan hüquqlarına hörmət edilməməsi, korrupsiya, zorakılıq baş verəndə bunun nəticəsi pis olur. Fikrimcə, dayanıqlı inkişafa nail olmaq məqsədilə “16-cı məqsəd”in həyata keçirilməsi digər məqsədlərin həyata keçirilməsində baza rolu oynaya bilər. Əlbəttə, bütün məqsədlər əhəmiyyətlidir. Mən xoşdur ki, Azərbaycanın bu məqsədlərin həllinə nail olmaq üçün addımlar atır, uğurlar qazanır. Mən Azərbaycanda keçirilən forumlarda iştirak edirəm, Bakının necə dəyişdiyini görürəm”, - Zuyev bildirib.